olaraq müəyyənləşdirilir. Başqa sözlə desək, çıxan iştirakçıya düşən əmlak hissəsinin miqdarı (həcmi) onun
nizamnamə kapitalındakı payına uyüun olmalıdır.
Bəzən çıxan iştirakçıya düşən əmlak hissənin dəyərinin ödənilməsi mümkün olmur. Bu halda ona çatası əm-
lak naturada verilir.
×ıxan iştirakçıya onun nizamnamə kapitalına maya kimi qoyduüu əmlakdan istifadə hüququ da qaytarılır.
Söhbət, hər şeydən əvvəl, torpaqdan, sudan və başqa təbii ehtiyatlardan, sənaye mülkiyyəti obyektlərindən, yəni
patent hüququnun obyektlərindən (ixtiralardan, sənaye nümunəsi obyektlərindən, faydalı modellərdən), seleksi-
ya nailiyyətlərindən və s. istifadə hüquqlarından gedir. Bu hüquqlar əmlak (iqtisadi) məzmununa malik olub, iş-
tirakçılar tərəfindən maya (pay) kimi cəmiyyətin nizamnamə kapitalına qoyula bilər. Iştirakçı cəmiyyətdən çıx-
dıqda istifadə hüququ onun özünə qaytarılır (MM-in 96-cı maddəsinin 2-ci bəndi).
Iştirakçı könüllü surətdə yox, məcburi surətdə də cəmiyyətdən çıxa bilər. Kreditorların irəli sürdükləri tə-
ləblərin iştirakçının cəmiyyətin əmlakındakı payına yönəldilməsi və həmin payın hesabına təmin edilməsi onun
cəmiyyətdən məcburi qaydada çıxmasına dəlalət edən hal hesab olunur (MM-in 94-cü maddəsi). Müəyyən hal-
larda iştirakçı cəmiyyətin fəaliyyəti və işi ilə bağlı olmayan müxtəlif mülki hüquq münasibətlərinə — borc, kre-
dit, nisyə alqı-satqı və digər münasibətlərə girə bilər. Bu münasibətlərdən onun müvafiq şəxsi, yəni cəmiyyətə
aid olmayan borcları yaranır. Kreditor borcu almaq üçün iştirakçıya tələb irəli sürür. Bu tələbi ödəmək və təmin
etmək üçün onun əmlakı kifayət etmir. Belə halda kreditorun tələbi iştirakçının cəmiyyətin əmlakındakı payına
yönəlir. Bu məqsədlə həmin əmlak payı (hissəsi) ayrılır. Bu pay (hissə) iştirakçının nizamnamə kapitalındakı
payına uyüun olmalıdır. Başqa sözlə desək, cəmiyyətin əmlakından iştirakçıya düşən və çatan pay (hissə) onun
nizamnamə kapitalındakı payı ilə müəyyənləşdirilir. Iştirakçıya düşən və çatan əmlak payının (hissəsinin) dəyə-
ri də ödənilə bilər. Bax, bu əmlak payı (hissəsi) və ya onun dəyəri hesabına kreditorlara olan borclar ödənilir.
Bunun nəticəsində iştirakçının cəmiyyətdə iştirakına xitam verilir (MM-in 94-cü maddəsinin 2-ci bəndi).
Iştirakçıların göstərilənlərdən savayı, digər hüquqları da vardır. Bu hüquqlara aiddir: cəmiyyətin idarə edil-
məsində iştirak etmək (korporativ hüququ); cəmiyyətin fəaliyyəti haqqında məlumat almaq hüququ; cəmiyyətin
mühasibat və digər sənədləri ilə tanış olmaq hüququ; cəmiyyətin fəaliyyətindən gəlir götürmək hüququ;
cəmiyyət ləğv edildikdə kreditorlarla hesablaşmalardan sonra qalan əmlakın onlara məxsus hissəsinin pul şək-
lində dəyərini almaq və ya naturada almaq hüququ (ləğvetmə kvotası almaq hüququ);
iştirakzıların ümumi yı-
ğ
ınjağında iştirak etmək hüququ; cəmiyyətin orqanlarını sezmək hüququ; cəmiyyətin orqanlarına sezilmək hü-
ququ; səsvermədə iştirak etmək hüququ; növbədənkənar ümumi yığınjağın zağırılmasını tələb etmək hüququ
(bu hüquq bütün səslərin azı onda birinə malik olan iştirakzılara məxsusdur); digər hüquqlar.
Ə
lbəttə, iştirakzının ən vacib əmlak hüququ mənfəət almaq hüququdur. Ona cəmiyyətin fəaliyyətindən gəlir
208
gütürmək hüququ da deyilir. Qanun müəyyən edir ki, cəmiyyətin hər bir iştirakzısının mənfəət almaq hüququ
vardır (MM-in 90-1-2-ci maddəsinin 2-ci bəndi). Özü də mənfəət hər bir iştirakzının nizamnamə kapitalındakı
mayalarına uyğun olmalıdır. ştirakzı bu hüquqdan yalnız o halda istifadə edə bilər ki, cəmiyyətin fəaliyyəti
nəticəsində xalis mənfəət əldə edilsin. Əgər xalis mənfəət əldə edilmişsə, cəmiyyətin ümumi yığınjağı xalis
mənfəətin bülüşdürülməsi haqqında qərar qəbul edir. Xalis mənfəətin iştirakzılar arasında bülüşdürülməsi
cəmiyyətin nizamnaməsində müəyyən edilmiş qaydada həyata keçirilir.
Xalis mənfəəti mənfəətdən fərqləndirmək lazımdır. Mənfəət dedikdə, cəmiyyətin istehsal xərjləri ilə əldə
olunmuş gəlirlər arasında fərq başa düşülür. Belə ki, gəlirlərdən istehsal xərjləri zıxıldıqdan sonra yerdə qalan
hissə mənfəət sayılır. Mənfəətdən vergilər və digər məcburi ödənişlər ödənildikdən sonra yerdə qalan hissə xa-
Dostları ilə paylaş: |