cəmiyyətində, yəni səhmdar cəmiyyətinin işlərində iştirak payı müəyyən olunur. Belə ki, əvvəldə qeyd etdiyimiz
kimi, səhmdar cəmiyyətinin nizamnamə kapitalı müəyyən sayda səhmlərə bülünür. Nominal dəyərə malik olan
səhm səhmdar cəmiyyətində özvlüyü təsdiq edən xüsusi sənəddir (nominal dedikdə, səhmin üstündə göstərilən
qiymət başa düşülür). Özvlük dedikdə isə səhmdarın hüquqlarının (səhmdarların ümumi yığınjağında iştirak et-
218
mək hüququ; səsvermə hüququ və s.) məjmusu başa düşülür.
Nizamnamə kapitalının qarantiya funksiyası onun üçüncü funksiyasıdır. Bu funksiyanın yerinə yetirilməsi,
hər şeydən əvvəl, kreditorların maraqlarının
qorunmasına və müdafiəsinə yünəlmişdir.
Qarantiya funksiyasına əsasən səhmdar cəmiyyətinin nizamnamə kapitalı onun kreditorlarının mənafelərinə
təminat verir. O, səhmdarlar tərəfindən əldə edilmiş səhmlərin nominal dəyərindən ibarətdir. Nizamnamə kapi-
talı səhmdar cəmiyyətinin həyata keçirdiyi fəaliyyətin iqtisadi əsası və maddi bazası olmaqla yanaşı, həm də ey-
ni zamanda onun kreditorlarının mənafelərinə təminat verən əmlakın minimum miqdarı müəyyənləşdirir. Ni-
zamnamə kapitalının həcmini (miqdarını) müvafiq icra hakimiyyəti orqanı (AR Nazirlər Kabineti) təyin edir. O,
bu miqdardan az ola bilməz.
Səhmdar cəmiyyəti təsis edilərkən onun buraxdığı bütün səhmlər təsisçilər arasında bölünür (MM-in 103-cü
maddəsinin 3-cü bəndi). Onlar həmin səhmləri almaqla cəmiyyətin nizamnamə kapitalını ödəyirlər. Özü də on-
lar nizamnamə kapitalını tamamilə ödəmək vəzifəsini cəmiyyət dövlət qeydiyyatına alınanadək icra etmə-
Dostları ilə paylaş: