cəmiyyətinin fəaliyyətinin auditor yoxlanışının keçirilməsini tələb etsinlər. Bu yoxlanış nəticəsində səhm-
darlar səhmdar cəmiyyətinin sahibkarlıq və təsərrüfat fəaliyyətinin nəticələri, onun maliyyə-iqtisadi vəziyyəti,
illik xalis mənfəət (aktivlər) və digər məsələlər barəsində məlumat əldə edir, yol verilmiş sui-istifadə halları
müəyyənləşdirilir. Auditor yoxlanışı qanunda və cəmiyyətin nizamnaməsində nəzərdə tutulan qaydada həyata
keçirilir.
Səhmdarlar bu hüquqdan peşəkar auditorun cəlb edilməsindən asılı olmayaraq istifadə edə bilərlər. Belə ki,
səhmdar cəmiyyəti illik maliyyə hesabatını və mühasibat balansını hamının tanış olması məqsədi ilə hər il dərc
etdirir. Səhmdar cəmiyyəti bu zaman illik maliyyə hesabatının dözgünlüyünü təsdiq etmək və yoxlamaq üçün
peşəkar auditor jəlb edir (MM-in 107-ci maddəsinin 6-cı bəndi). Auditorun əmlak mənafeləri cəmiyyətlə və ya
onun iştirakçıları ilə bağlı olmamalıdır. Məsələn, həmin cəmiyyətin səhmlərini əldə edən şəxs, habelə sahibkar-
lıq fəaliyyəti sahəsində bu cəmiyyətlə partnyorluq münasibətlərində olan şəxs və s. auditor rolunda çıxış edə
bilməz.
Dostları ilə paylaş: |