nformasiya almaq səhmdarların əsas şəxsi hüquqlarından biridir. Bu hüquqda səhmdarların cəmiyyətin
idarəetmə – icra orqanlarının fəaliyyəti özərində nəzarət etmək vasitələrindən biri ifadə olunmuşdur. Bu hüquq
ə
hatə edir:
●
səhmdarın cəmiyyətin fəaliyyətinə aid məlumatlar almaq hüququnu;
●
səhmdarın ildə bir dəfə cəmiyyətin illik hesabatı və mühasibat balansı ilə tanış olmaq hüququnu;
●
səhmdarın cəmiyyətin ümumi yığınjağının protokolunun surətini almaq hüququnu.
Səhmdarlar ləğvetmə kvotası, yəni səhmdar cəmiyyətinin ləğvindən sonra qalan əmlak hissəsini almaq
hüququna malikdirlər. Belə ki, səhmdar cəmiyyəti ləğv edilərkən ləğvetmə komissiyası kreditorların tələbləri-
ni növbə ilə ödəyir. Bütün kreditorlarla hesablaşdıqdan, hesablanmış, lakin ödənilməmiş devidendlər, habelə tə-
minatlı, (imtiyazlı) səhmlərin ləğvetmə dəyəri ödənildikdən sonra cəmiyyətin əmlakının qalan hissəsi səhmdar-
ların ümumi yıüıncaüının qərarı əsasında səhmdarlar arasında bölüşdürülür. Özü də təminatlı (imtiyazlı) səhm
sahibləri qalan əmlak hissəsini almaqda başqa səhmdarlara nisbətən üstünlük hüququna malikdirlər (MM-in
106-cı maddəsinin 1-ci bəndi).
Səhmdar cəmiyyəti yenidən təşkil edilə bilər. Yenidən təşkiletmə zamanı hüquq və vəzifələr yenidən təşkil
olunan cəmiyyətin bazası əsasında yaranan hüquqi şəxsə (şəxslərə) universal hüquq varisliyi qaydasında keçir.
Yenidən təşkiletmə həm könüllü, həm də məcburi qaydada həyata keçirilə bilər.
Səhmdar cəmiyyəti həm də ləğv edilə bilər. Özü də həm könüllü qaydada (ümumi yıüıncaüın qərarı əsasın-
da), həm də məcburi qaydada (məhkəmə qərarı əsasında). Ləğvetmə zamanı səhmdar cəmiyyətinin fəaliyyətinə
hüquqi varislik olmadan xitam verilir.
Dostları ilə paylaş: |