lər dedikdə, sahibkar statuslu və iqtisadi cəhətdən bir-biri ilə bağlı olan hüquqi şəxslərin elə bir qrupu başa dü-
ş
ülür ki, bu qrupa daxil olan bir iştirakçı (əsas kompaniya) digər iştirakçının (törəmə kompaniyanın) idarə olun-
ması özərində nəzarət edir. Bu cür iqtisadi birliklər ingilis-amerikan hüquq sistemində holdinq konstruksiyası
— «holding company» / «subsidiary» anlayışı (ingiliscə «holder» — sahib) ilə əhatə olunur. Holdinq anlayışı
həm tam və bütöv iqtisadi birliyi, həm də onun əsas kompaniyasını (subyektini) ifadə edir. Əsas kompaniya
«holdinq — əsas subyekt» adlanır. O, iqtisadi birliyin «maliyyə mərkəzi və beyni» hesab olunur. «Holdinq —
ə
sas subyekt»in özü, bir qayda olaraq, təsərrüfat fəaliyyəti ilə məşüul olmur.
Iqtisadi birliyin holdinq olması üçün bir neçə əlamətin olması gərəkdir: birincisi, «holdinq — əsas subyekt»
başqa subyektin (kompaniyanın) buraxdığı səhmlərin sahibi olmalıdır; ikincisi, «holdinq — əsas subyekt»ə
məxsus olan səhm paketi ona başqa subyektin fəaliyyətinə nəzarət etmək imkanı verməlidir; üçüncüsü, holdinq
tərəfindən nəzarət olunan subyekt hüquqi cəhətdən müstəqil şəxs olmalıdır.
Ingilis-amerikan hüququndan fərqli olaraq, Almaniya hüququ iqtisadi birlikləri «əlaqəli müəssisələr (qohum
müəssisələr) və ya «konsern» anlayışı ilə əhatə edir. Almaniyanın səhmdar cəmiyyəti haqqında qanununda əlaqəli
müəssisələrə aid edilir: payların çoxunu əldə edənin idarəçiliyində olan müəssisə və səs çoxluüuna malik olan mü-
ə
ssisə; konsernə daxil olan əsas və asılı müəssisə.
Almaniya doktrinası konsernə anlayış verir. Konsern (ingilisjə «concern») bilavasitə və ya dolayı yolla asılı
müəssisəyə təsir göstərən əsas müəssisədən və asılı müəssisədən ibarətdir. O, müstəqil subyektlərin birliyi kimi
yaradılır. Konsernin bütün özvlərinin təsərrüfat fəaliyyətinə aid qərarlar bir mərkəzdən qəbul edilir. Adətən, qə-
rar qəbul etmək funksiyasını konsernin o iştirakçısı yerinə yetirir ki, həmin iştirakçı bazarda üstün mövqe tut-
sun. Bazarda üstün mövqe tutan subyekt (iştirakçı) başqa subyektlərdə iştirakın nəzarət payını əldə edir. Bu,
konserni holdinqə yaxınlaşdırır.
Bundan əlavə, tabeçilik haqqında müqavilənin və ya bir müəssisənin digər müəssisəyə daxil edilməsi haqqında
müqavilənin tərəfləri də konsern hesab edilir. Eyni zamanda bir-birindən asılı olmayan, lakin vahid rəhbərliyə ma-
lik olan müəssisələrin birliyi də konsern kimi tanınır. Konsernə daxil olan idarəedən müəssisə holdinqdən fərqli
olaraq, çox vaxt təsərrüfat fəaliyyətini həyata keçirir.
Nə Azərbaycan Respublikasının, nə də RF-in qüvvədə olan qanunvericiliyi holdinq və konsernlərin yaradıl-
224
ması və fəaliyyət göstərməsi haqqında normalar nəzərdə tutur. Bəzi normativ aktlarda yalnız onların adları çə-
kilir və onlara işarə olunur. RF-in bank qanunvericiliyində, habelə özəlləşdirmə qanunvericiliyində holdinqə
işarə edilir. Hüquq ədəbiyyatı səhifələrində holdinqə törəmə təsərrüfat cəmiyyəti ilə analoæi qaydada hüquqi
anlayış verilməsinə təşəbbüs göstərilir.
Bizim ölkə qanunvericiliyi Qərb hüququnda (alman və ingilis-amerikan hüququnda) nəzərdə tutulan konsern
və holdinq kimi hüquqi konstruksiyaları tənzimləmir. Amma buna baxmayaraq, həmin konstruksiyaları bizim
ölkənin qanunvericiliyinin tanıdığı törəmə təsərrüfat cəmiyyəti konstruksiyasının proobrazı hesab etmək olar.
Beləliklə, törəmə təsərrüfat cəmiyyəti başqa kommersiya (sahibkarlıq) təşkilatının — əsas iştirakçının təsiri
və nəzarəti altına düşür. Belə halda azlıqda qalan və üstün iştiraka malik olmayan səhmdarların (digər iştirakçı-
ların), habelə kreditorların mənafelərini müdafiə etmək zərurətə çevrilir. Bu məqsədlə mülki qanunvericilik tö-
rəmə təsərrüfat cəmiyyəti hüquqi konstruksiyasını ayrıca olaraq nəzərdə tutur və onu xüsusi qaydada tənzimlə-
yir.
Ə
sas iştirakçı (nəzarət edən) rolunda həm təsərrüfat ortaqlıqları, həm də təsərrüfat cəmiyyətləri çıxış edə bi-
lər. Nəzarət olunan (törəmə) subyekt qismində isə yalnız təsərrüfat cəmiyyəti (səhmdar cəmiyyəti və ya məh-
dud məsuliyyətli cəmiyyət) çıxış edə bilər. Özü də törəmə cəmiyyət əsas iştirakçının borcları üçün cavabdeh de-
yildir (MM-in 67-ci maddəsinin 2-ci bəndi).
Qeyd etdiyimiz kimi, törəmə təsərrüfat cəmiyyətinin yaranmasının əsaslarından biri idarəetmə (tabeçilik)
Dostları ilə paylaş: |