nümayəndəsi vasitəsilə də həyata keçirə bilər. Bundan ütrü səhmdar nümayəndə etibarnamə verməlidir. Eti-
barnamə qanunvericiliklə müəyyən edilmiş qaydada tətbiq olunmalıdır (MM-in 107-3-cü maddəsinin 1-ci bən-
di).
Cəmiyyətin nizamnaməsində nəzərdə tutulan halda, səhmdar yazılı sənəd vasitəsi ilə səsvermədə qiyabi iş-
tirak edə bilər (MM-in 107-3-cü maddəsinin 2-ci bəndi). Bu zaman iki tələbə əməl olunmalıdır: səhmdar ümu-
mi yığınjağın gündəliyində olan məsələyə münasibətini dəqiq və şərtsiz bildirməlidir (lehinə, əleyhinə, bitərəf);
səhmdarın imzası qanunvericilikdə müəyyən edilmiş qaydada (notarial və s.) təsdiq edilməlidir. Qiyabi səsver-
mənin reqlamenti cəmiyyətin nizamnaməsi ilə müəyyən edilir.
Qiyabi səsvermə bəzi xarici ölkələrin qanunvericiliyində də nəzərdə tutulmuşdur. Məsələn, Fransada qiyabi səs-
vermə videokonfransın vasitəsilə keçirilir.
Təminatlı (imtiyazlı) səhm sahibləri, adi səhm sahiblərindən fərqli olaraq, səs vermək hüququna malik deyil-
lər. Bu kateqoriya səhmdarlara nizamnamə əsasında səsvermə hüququ verilə bilər.
Belə ki, əvvəldə qeyd etdiyimiz kimi, bir sıra məsələlər (məsələn, cəmiyyətin yenidən təşkil edilməsi və s.)
barəsində qərarların qəbul edilməsində təminatlı (imtiyazlı) səhm sahibini cəmiyyətin nizamnaməsi səsvermə
hüququ ilə təmin edə bilər (MM-in 106-1-ci maddəsinin 5-ci bəndi). Əgər nizamnamədə bu, nəzərdə tutulmaz-
sa, təminatlı (imtiyazlı) səhm «səssiz səhm» hesab edilir. Adi səhm isə «səsli səhm» sayılır. Amma «səssiz
səhm» olmasına baxmayaraq, təminatlı (imtiyazlı) səhm öz sahibini müəyyən maddi (əmlak) imtiyazla və üs-
tünlük hüququ ilə təmin edir. Bununla səsvermə hüququnun olmaması kompensasiya edilir.
Dostları ilə paylaş: |