Kooperativin öz vəsaiti dedikdə, hər şeydən əvvəl, əsasən və başlıca olaraq paylar (pay haqları başa düşü-
lür). O, öz vəsaitini ilk növbədə məhz bunlar hesabına formalaşdırır. Paylar vacib mənbə sayılır. Buna görə də
kooperativin əmlakı əsasən onun özvlərinin verdikləri paylardan ibarətdir. Payların miqdarı
kooperativin ni-
zamnaməsi ilə müəyyən edilir.
Kooperativ özvünün vəzifəsidir ki, kooperativ hüquqi şəxs kimi dövlət qeydiyyatına alınana kimi öz pa-
yını (pay haqqını) tamamilə versin (MM-in 110-cu maddəsinin 2-ci bəndi). Kooperativin nizamnaməsində
başqa qayda da nəzərdə tutula bilər. Məsələn, nizamnamədə göstərilə bilər ki, o, payın (pay haqqının) yarı his-
səsini kooperativ qeydə alınanadək, yarı hissəsini isə qeydə götürüldükdən sonra ödəsin.
Kooperativ özvünün payı (pay haqqı) dedikdə, onun əmlak pay haqqı başa düşülür. Əmlak pay haqqı isə
daşınar əmlakdan, (məsələn, nəqliyyat vasitəsindən, istehsal vasitələrindən və s.), daşınmaz əmlakdan (məsələn,
torpaq sahəsindən, binadan və s.), habelə pulla qiymətləndirilən əmlak hüquqlarından ibarətdir.
Ə
mlak pay haqqının ödənilmə qaydası və həjmi kooperativin nizamnaməsi ilə müəyyən edilir. O, iki cür ola
bilər (MM-in 109-cu maddəsinin 4-cü bəndi):
228
●
mütləq əmlak pay haqqı;
●
əlavə əmlak pay haqqı.
Dostları ilə paylaş: |