Mütləq əmlak pay haqqı elə bir əmlak payıdır ki, bu pay kooperativ özvü tərəfindən mütləq qaydada ödəni-
lir, ona kooperativin fəaliyyətində iştirak etmək, səs vermək və əsas kooperativ ödənişlərini (kooperativin mən-
fəətinin bir hissəsini) almaq hüququ verir. Kooperativ özvü tərəfindən əmlak pay haqqının bu növü hükmən
ödənilməlidir və bu, məcburi xarakter daşıyır.
Ə
lavə əmlak pay haqqı isə kooperativ özvü tərəfindən künüllü ödənilir. Kooperativ özvü tərəfindən mütləq
ə
mlak pay haqqından əlavə, öz arzusu ilə ödənilən və əsas kooperativ ödənişindən başqa, həmzinin əlavə koo-
perativ ödənişləri almaq hüququ verən paya əlavə əmlak pay haqqı deyilir.
Mülki Məjəllədə «əmlak pay haqqı», «pay» və «pay haqqı» kimi anlayışlar işlədilir. Onlar eynimənalı anla-
yışlardır.
Kooperativ paylardan başqa, həm də öz vəsaitini aşağıdakı mənbələr hesabına formalaşdırır:
●
həyata keçirdiyi sahibkarlıq fəaliyyəti (kooperativ qanunla qadağan olunmayan istənilən sahədə sahib-
karlıq fəaliyyəti ilə məşğul ola bilər; bu fəaliyyətdən əldə olunan əmlak kooperativin vəsaitləri sırasına daxil
edilir);
●
qiymətli kağızların yerləşdirilməsi (bundan daxil olan gəlirlər kooperativin əmlakı sayılır);
●
öz vəsaitlərinin banklarda və digər kredit təşkilatlarında yerləşdirilməsindən (bundan əldə olunan gə-
lirlər kooperativin əmlakı hesab edilir);
●
qanunla qadağan olunmayan digər mənbələr.
Kooperativ öz əmlakının yaradılmasında cəlb edilən vəsaitlərdən də istifadə edə bilər. Cəlb edilən vəsait
qismində kredit, borc, ayrı-ayrı şəxslərin verdikləri hədiyyələr (ianələr) və s. çıxış edə bilər. Amma cəlb edilən
vəsaitin həcmi (miqdarı) kooperativin ümumi vəsaitinin əlli faizindən çox ola bilməz. Qanun buna yol vermir.
Kooperativ öz fəaliyyətini həyata keçirmək üçün müxtəlif fondlar (bölünməz fond, ehtiyat fondu və s.) ya-
radır. Bu fondlar kooperativin nizamnaməsində nəzərdə tutulur.
Dostları ilə paylaş: |