Təkbaşına icra orqanı dedikdə, fondun prezidenti başa düşülür. Fondun prezidenti, bir qayda olaraq, tə-
sisçilər tərəfindən təyin edilir və azad olunur. Bunun qaydası fondun nizamnaməsində göstərilir.
Himayəçilik Şurası fondun nəzarət orqanıdır. O, fondun fəaliyyətinə nəzarəti həyata keçirir. Onun əsas və-
zifəsi fondun öz mülkiyyətində olan əmlakdan istifadəyə nəzarət etməkdən ibarətdir. Himayəçilik Şurası-
nın yaradılma və fəaliyyət qaydası fondun nizamnaməsində müəyyən edilir. Özü də bu orqan ictimai əsaslarla
fəaliyyət göstərir.
Fond mülki qanunvericilikdə nəzərdə tutulan qaydada könüllü yolla yenidən təşkil edilə bilər. Bu, onun tə-
sisçilərinin və ya fondun nizamnaməsi ilə vəkil edilmiş orqanın (himayəçilik şurasının) qərarı ilə həyata keçiri-
lir. Amma fondlar başqa növ hüquqi şəxslərə çevrilə bilməz.
Fondun fəaliyyətinə onun ləğv edilməsi yolu ilə də xitam verilə bilər (MM-in 116-cı maddəsinin 2-ci bəndi).
Özü də dərhal qeyd edirik ki, fondlar bütün hallarda yalnız məhkəmənin qərarı ilə (məhkəmə qaydasında)
Dostları ilə paylaş: |