terlidir. Belə ki, həmin məsuliyyətin həcmi nizamnamədə nəzərdə tutulan miqdarla müəyyən edilir.
Iştirakçı ittifaqdan çıxdığı halda belə, ittifaqın öhdəlikləri üçün subsidiar məsuliyyət daşımaqda davam edir.
Belə ki, iştirakçı, əgər nizamnamədə ayrı qayda nəzərdə tutulmayıbsa, ittifaqdan çıxdığı gündən bir il ərzində it-
tifaqın öhdəlikləri üçün öz haqqına mütənasib surətdə subsidiar məsuliyyət daşıyır. Bu qayda iştirakçı məcburi
surətdə ittifaqdan çıxarıldığı hallarda da tətbiq olunur (MM-in 119-cu maddəsinin 2-ci bəndi).
Ittifaqa daxil edilmiş yeni iştirakçı da subsidiar məsuliyyət daşıya bilər. Belə ki, iştirakçıların hamısının razı-
lıüı ilə ittifaqa yeni iştirakçı daxil ola bilər. Yeni iştirakçı ittifaqın əvvəlki (yəni, iştirakçının daxil olmasına ki-
240
mi) öhdəlikləri üçün subsidiar məsuliyyət daşıyır. Bunun üçün lazımdır ki, bu qayda ittifaqın nizamnaməsində
nəzərdə tutulsun (MM-in 119-cu maddəsinin 3-cü bəndi).
Ittifaq iştirakçıları geniş hüquqlara malikdirlər. Onların ittifaqın xidmətlərindən əvəzsiz istifadə etmək
hüququ vardır (MM-in 119-cu maddəsinin 1-ci bəndi). Söhbət məsləhət, marketinq və digər xidmətlərdən ge-
dir. Iştirakçıların bu xidmətlərdən əvəzsiz istifadə etməsi onunla izah olunur ki, ittifaqın əmlak bazası, əsasən,
onların verdikləri əmlak hesabına yaranır.
Ittifaq iştirakçısının ittifaqdan könüllü surətdə çıxmaq hüququ vardır. O, hər hansı dəlil-səbəb, arqument
və motiv gətirmədən istədiyi vaxt ittifaqdan çıxmasını bəyan edə və bunun üçün ərizə verə bilər. Amma ərizə
verildiyi vaxt dərhal iştirakçının ittifaqla münasibətinə xitam verilmir. Münasibətə xitam verilməsi yalnız ma-
liyyə-təsərrüfat ili başa çatdıqda mümkün ola bilər. Ərizə verildiyi vaxtdan maliyyə-təsərrüfat ili qurtarana kimi
iştirakçının borcudur ki, o özünün ittifaqda iştirakla bağlı vəzifələrini icra etsin.
Iştirakçı məcburi qaydada ittifaqdan çıxarıla bilər. Bunun üçün əsas olan halların mövcudluüu lazımdır.
Bu halları mülki qanunvericilik müəyyənləşdirmir. Həmin hallar ittifaqın nizamnaməsində göstərilir (MM-in
119-cu maddəsinin 1-ci bəndi). Məsələn, nizamnamədə nəzərdə tutula bilər ki, öz vəzifələrini lazımınca icra et-
məyən və ya qanun pozuntularına yol verən və ya tələb olunan miqdarda haqq verməyən və s. iştirakçı ittifaqın
tərkibindən zıxarılsın. ttifaqdan zıxarılma qaydası da onun nizamnaməsində göstərilir.
Ittifaq yenidən təşkil oluna bilər. Belə halda hüquqi şəxslərin yenidən təşkil olunması barədə ümumi qay-
dalar tətbiq olunur.
Ittifaq həm də ləğv oluna bilər. Bu zaman hüquqi şəxslərin ləğvi haqqında ümumi qaydalardan istifadə olu-
nur. Özü də dərhal qeyd edirik ki, müflisləşmə yolu ilə ittifaqın ləğv edilməsi istisna edilir, bu, mümkün de-
yil. Ona görə ki, ittifaqın özvləri onun öhdəlikləri (borcları) üçün subsidiar (əlavə) məsuliyyət daşıyırlar.
Hüquqi şəxslərin ittifaqı ləğv edildiyi halda onun əmlakı qala bilər. Bu əmlakın hüquqi taleyi və müqəddəra-
tı barədə mülki qanunvericilik xüsusi qayda müəyyənləşdirir (MM-in 117-ci maddəsinin 7-ci bəndi). Bu qayda
qalan əmlakın ləğvetmə kvotası əsasında iştirakçılar arasında bölüşdürülməsini istisna edir. Həmin qaydaya gö-
rə, qalan əmlak ittifaqın nizamnaməsində göstərilmiş məqsədlər üçün istifadə olunur. Əgər bu cür istifadə
mümkün olmazsa, onda həmin əmlak dövlət mülkiyyətinə (büdcəsinə) mədaxil olunur.
Ittifaqı hüquqi şəxslərin birləşməsi olan konsorsiumdan (latınca consortium - iştiraketmə, birlik) fərqləndir-
mək lazımdır. «Konsorsium» termini XX əsrin ortalarında yaranmışdır. Mülki qanunvericilik ona anlayış ver-
mir. Burada biz konsorsiumun tənzimlənməsinə və onun əsas hüquqi parametrlərinin müəyyən edilməsinə rast
gəlmirik. Lakin buna baxmayaraq, hüquq doktrinasında, habelə iqtisadi ədəbiyyat səhifələrində onun əsas cəhət
və əlamətlərinin müəyyənləşdirilməsinə təşəbbüs göstərilir.
Dostları ilə paylaş: