§ 6. Hüquqi şəxslərin
nümayəndəlikləri, filialları və idarələri
1. Hüquqi şəxsin nümayəndəliyi
Ümumi qaydaya görə, hüquqi şəxslər, adətən, olduqları yerdə fəaliyyət göstərirlər. Hüquqi şəxslərin olduüu
yer onun daimi fəaliyyət göstərən orqanının yerləşdiyi yerlə müəyyən edilir. ×ox vaxt hüquqi şəxsin fəaliyyət
göstərməsi ərazi cəhətdən məhz bu yerlə məhdudlaşır, yəni hüquqi şəxs olduüu yerdə fəaliyyət göstərir.
Lakin bununla bərabər, bəzən hüquqi şəxsin olduüu yerdən ərazi baxımından kənarda, yəni başqa yerdə və
məkanda (şəhərdə, respublikada və s.) onun mənafelərini təmsil və müdafiə etməyə, əqdlər bağlamaüa, hüquqi
hərəkətlər etməyə, habelə hüquqi şəxsin funksiyalarının hamısını və ya bir hissəsini həyata keçirməyə zərurət
yaranır. Söhbət hüquqi şəxsin hərəkət və fəaliyyət sferasının genişləndirilməsindən gedir. Məsələn, Bakı şəhə-
rində fəaliyyət göstərən firmanın buraxdığı və istehsal etdiyi malları Gəncə şəhərində satmaq üçün ayrı-ayrı
ticarət şəbəkələri ilə alqı-satqı müqaviləsi bağlamaq zərurəti əmələ gəlir. Başqa bir misalda fəaliyyət göstərdiyi
yer Bakı şəhəri olan ət dükanı üçün daü rayonlarında yaşayan əhalidən ət məhsulları almaüa ehtiyac yaranır.
Daha başqa misalda Moskva şəhərində yerləşən universitetlərdən birinin Bakı şəhərində tədris-təhsil fəaliyyəti
göstərməsinə tələbat yaranır və s.
Belə hallarda hüquqi şəxs özünün olduüu yerdən kənarda xüsusi xarakterli bölmələrini yaradır. Həmin böl-
mələrə aiddir:
●
hüquqi şəxsin nümayəndəlikləri;
●
hüquqi şəxsin filialları.
Həm hüquqi şəxsin nümayəndəliyi, həm də filialı hüquqi şəxsin başqa ərazidə və məkanda yerləşən
Dostları ilə paylaş: |