hüquqi şəxs hesab olunmur. Məhz bu səbəbdən o, hüquqi şəxsin hüquqlarına malik deyil. Buna görə də nü-
mayəndəlik subyekt qismində mülki (əmlak) dövriyyədə öz adından çıxış edə bilmir. Onun mülki hüquqi qabi-
liyyəti, bir sözlə, mülki hüquq subyektliyi yoxdur. Bu isə nümayəndəliyi mülki-hüquqi əhəmiyyətli hərəkətlər
etmək imkanından, mülki hüquq münasibətlərində subyekt kimi iştirak etmək şansından məhrum edir.
Hüquqi şəxsin adından üçüncü şəxslərlə əqdlər, müqavilələr bağlamaq və digər hüquqi hərəkətlər etmək nü-
mayəndəliyin yerinə yetirdiyi əsas funksiyalardan biridir. Nümayəndəlik isə mülki hüquq subyektliyinə ma-
lik deyil. Ona görə də o, üçüncü şəxslərlə əqdlər, müqavilələr bağlaya və digər hüquqi hərəkətlər edə bilməz.
Bəs nə etməli? Vəziyyətdən çıxış yolu hüquqi şəxs tərəfindən nümayəndəliyin rəhbərinə (o, hüquqi şəxs tərə-
findən təyin edilir) etibarnamə verilməsindən ibarətdir. Belə halda nümayəndəliyin özünə etibarnamə verilə bil-
məz. ×ünki, yuxarıda dediyimiz kimi, onun mülki hüquq subyektliyi yoxdur və buna görə də subyekt rolunda
üçüncü şəxslərlə hüquq münasibətinə girə bilməz. Nümayəndənin rəhbəri olan fiziki şəxs isə tam mülki fəaliy-
yət qabiliyyətinə malik olduüu üçün hüququn subyekti qismində üçüncü şəxslərlə hüquq münasibətinə daxil ola
bilər. Belə halda hüquqi nəticə, yəni mülki hüquq və vəzifələr nümayəndəlik və onun rəhbəri üçün yox, hüquqi
şə
xs üçün əmələ gəlir.
Etibarnamə hüquqi şəxsin öz nümayəndəliyinin rəhbərinə verdiyi elə bir yazılı sənəddir ki, bu sənəd nüma-
yəndəliyin rəhbərinə üçüncü şəxslər qarşısında nümayəndə (təmsilçi) kimi çıxış etməyə imkan verir. Özü də
|