nümayəndəliyin adından yox, hüquqi şəxsin adından və onun mənafeyi üçün hərəkət etməyə, fəaliyyət gös-
tərməyə imkan verir. Bu sənəddə nümayəndəliyin rəhbərinin səlahiyyət dairəsi müəyyənləşdirilir. Həmin səla-
hiyyət hüquqi şəxsin nizamnaməsində də nəzərdə tutula bilər. Belə halda zənn edirik ki, nümayəndəliyin rəhbə-
rinə etibarnamə verilməsi lazım deyil. Deməli, nümayəndəliyin rəhbəri təkcə ona verilmiş etibarnamə əsasında
yox, həm də hüquqi şəxsin nizamnaməsində nəzərdə tutulan səlahiyyət əsasında mülki (əmlak) dövriyyədə hü-
quqi şəxsin adından və onun mənafeyi üçün hərəkət edə bilər. Prinsip etibarilə bu cür səlahiyyətin nümayəndə-
lik haqqında əsasnamədə də göstərilməsi və bu əsasnamə ilə rəsmiləşdirilməsi mümkündür. Belə ki, həmin
ə
sasnamə hüquqi şəxs tərəfindən təsdiq olunur.
Nümayəndəlik həm kommersiya təşkilatları, həm də qeyri-kommersiya təşkilatları tərəfindən yaradıla bilər.
Bu barədə qanun hər hansı məhdudiyyət və ayrı-seçkilik müəyyən etmir.
Dostları ilə paylaş: |