ya hüququ əldə edir. Belə ki, o, həmin əmlak barəsində qanunla müəyyənləşdirilmiş hədlərdə, öz fəaliyyət
məqsədlərinə, hüquqi şəxsin tapşırıqlarına və əmlakın təyinatına uyüun sahiblik, istifadə və sərəncam hüquqlarını
həyata keçirir (MM-in 54-cü maddəsinin 3-cü bəndi). Hüquqi şəxsin icazəsi olmadan idarə həmin əmlakı özgənin-
kiləşdirə (sata, bağışlaya, dəyişdirə və s.) bilməz.
Idarənin fəaliyyəti ilə bağlı onun müəyyən öhdəlikləri (borcları) yarana bilər. Bu öhdəliklərə (borclara) görə
idarə yox, bu idarəni yaratmış hüquqi şəxs məsuliyyət daşıyır (MM-in 54-cü maddəsinin 4-cü bəndi). Belə ki,
kreditorların tələblərini hüquqi şəxs təmin edir.
Idarə müxtəlif əsaslara görə ləğv edilir. Bu zaman əmlak idarəni yaratmış hüquqi şəxsin mülkiyyətinə daxil
olur.
RF-in mülki qanunvericiliyi idarələri hüquqi şəxslərin müstəqil təşkilati-hüquqi formalarından biri kimi nə-
zərdə tutur. Bu ölkənin qanunvericiliyə görə, onlar qeyri-kommersiya təşkilatları kateqoriyasına şamil edilir.
Bizim ölkənin qanunvericiliyinə görə isə idarələr hüquqi şəxs statusuna malik olmayan qeyri-kommersiya qu-
rumları hesab edilir. Onlar hüquqi şəxsin təşkilati strukturuna daxil olan xüsusi bülmədir.
Dostları ilə paylaş: |