xs üçün əmələ gəlir.
Yuxarıda qeyd etdiyimiz kimi, nümayəndəliyin onu yaradan hüquqi şəxsin əsas funksiyalarını həyata
keçirməyə hüququ çatmır. Nümayəndəlik funksiyası nümayəndəliyin başlıca funksiyasıdır.
Beləliklə, biz filialın əsas hüquqi parametr və detallarını müəyyənləşdirdik, həmçinin ona hüquqi xarakteris-
tika verdik. Bundan sonra filiala anlayış verə bilərik ki, bu anlayış onun əsas cəhət və xüsusiyyətlərini əks edir.
Filial dedikdə, hüquqi şəxsin olduüu yerdə, kənarda yerləşən elə bir xüsusi (ayrıca) bölməsi başa dü-
ş
ülür ki, bu bölmənin fəaliyyət predmeti hüquqi şəxsin funksiyalarının hamısını (və ya bir hissəsini), o
cümlədən nümayəndəlik funksiyasını həyata keçirməkdən ibarətdir.
Filial və nümayəndəliyi nümayəndədən fərqləndirmək lazımdır. Nümayəndə onlardan fərqli olaraq, mülki
hüquq qabiliyyətinə və beləliklə, mülki hüquq subyektliyinə malik olub, mülki hüququn subyekti sayılır. Nüma-
yəndə hüquqi jəhətdən müstəqildir. Almaniya sivilistika doktrinasında filiala yardımzı əşya (ləvazimat) kimi
baxılır. Belə ki, o, əsas müəssisənin (hüquqi şəxsin) yardımzı əşyasıdır.
Dostları ilə paylaş: |