xsə məxsus olması rəsmiləşdirilir. Əşyanın məxsusluğu şəxsin əşyaya bilavasitə münasibətini ifadə edir. Bu
hüquq əsasında o, əşyanı özününkü hesab edir. Bunsuz normal və səmərəli təsərrüfat fəaliyyətinin həyata keçi-
rilməsi qeyri-mümkündür. Yalnız belə halda əşyadan iqtisadi cəhətdən səmərəli, təsərrüfatjasına istifadə etmək
olar.
Normal və səmərəli təsərrüfat fəaliyyətinin həyata keçirilməsi üçün təkcə əşyanın şəxsə məxsus olması kifa-
yət etmir. Bunun üçün həm də zəruridir ki, əşya hüquqlarını həyata keçirməkdə şəxsə kənardan əsassız müdaxi-
lə edilməsin, ona maneçilik törədilməsin. Öz əşyasından istifadə prosesində əşya sahibi ilə kənar şəxslər ara-
Dostları ilə paylaş: |