(malın) hərəkət və mübadilə prosesini, əmlakın bir şəxsdən digərinə keçməsini tənzimləyən mülki hüquq
normalarını birləşdirir. Bütün bunların hamısı onu ifadə edir ki, əşya hüququ, əsasən, «tələb edə bilərəm»
probleminə yox, «mənə məxsusdur» probleminə toxunur. «Tələb edə bilərəm» problemi öhdəlik hüququnun
məşğul olduğu məsələdir. Əşya hüququ əşyanın ayrı-ayrı şəxslərə və ya şəxslər qrupuna məxsus olması forma-
sını, əşya üzərində yiyəliyin və «hakimiyyət»in müəyyənləşdirilməsi üsullarını, bir sözlə, əşya barəsində şəxs-
lər arasında yaranan münasibətləri tənzim edir.
Əş
ya hüququna Almaniya mülki hüquq elmində də anlayış verilir: əşya hüququ (Sachenrecht) dedikdə, hü-
quq qaydasının müəyyənləşdirdiyi elə normalar başa düşülür ki, bu normalar şəxsin əşyaya yiyəlik etməsini tə-
min edir. Yaponiya mülki hüquq elmində əşya hüququnun tərifi belə verilir: əşya hüququ elə normalardan iba-
rətdir ki, bu normalar xarici aləmin predmetləri üzərində yiyəlik münasibətlərini tənzimləyir.
Dostları ilə paylaş: |