yalnız qanunda göstərildiyi halda yarana bilər. Tərəflərin sazişi və iradəsi ilə qanunvericiliyə məlum olma-
yan əşya hüquqlarını müəyyənləşdirmək qeyri-mümkündür. Məhz bu səbəbdən əşya hüquqlarının siyahısı müs-
təsna dərəcədə qanunvericilik bazası əsasında verilə bilər. Yaponiya sivilistika doktrinasında və qanunvericili-
yində (MM-in 175-ci maddəsində) əşya hüquqlarının qanunla müəyyən edilməsi prinsipi formulə edilir. Bu
prinsipə görə, əşya hüquqlarının növləri yalnız qanunla təyin edilə bilər.
Qeyd etmək lazımdır ki, xarici ölkələrin mülki hüququ əşya hüquqlarının dairəsinin qapalı olması prinsi-
pindən çıxış edir. Bu prinsipə görə, hər hansı ölkənin mövcud qanunvericiliyinə məlum olmayan yeni növ əşya
hüququnu şəxs öz iradəsi ilə yarada bilməz. Bu cəhəti ilə də əşya hüququ öhdəlik hüququndan fərqlənir. Belə
ki, şəxs öhdəlik hüquq münasibətlərinə, məsələn, müqavilə hüquq münasibətlərinə girməklə özü üçün öhdəlik
hüququ yarada bilər. Onun öz iradəsilə qüvvədə olan mövcud qanunvericiliyə məlum olmayan əşya hüququnun
hər hansı növünü müəyyənləşdirmək hüququ yoxdur.
Dostları ilə paylaş: |