münasibətdir. Mülkiyyətin ictimai xarakterli münasibət olmasını göstərərək, Marks qeyd edirdi ki, hər bir is-
tehsal fərd tərəfindən təbiət predmetlərinin müəyyən ictimai forma çərçivəsində və onun vasitəsilə mənimsənil-
məsi deməkdir. Təsadüfi deyildir ki, mülkiyyəti əsas, təyinedici xüsusiyyətə malik olan ictimai münasibət ad-
landırırlar. Belə ki, o, əsas rol oynayan ictimai münasibət kimi istehsalın üsulunu formalaşdırır, onun tipini mü-
ə
yyən edir.
Mülkiyyət əmlak münasibətidir. Hüquqi kateqoriya olmayan əmlak münasibəti öz sosial təbiətinə görə fakti-
ki, iqtisadi münasibətdir. Əmlak münasibəti kimi mülkiyyət dedikdə, maddi nemətlərin (əşyaların) məxsusluğu
barədə müəyyən şəxslər arasında yaranan elə konkret iradəvi-iqtisadi münasibət başa düşülür ki, bu münasibət is-
tehsal münasibətinin ictimai həyatdakı ifadə formasıdır.
Deməli, iqtisadi mənada mülkiyyət dedikdə, mülkiyyət iqtisadi münasibəti başa düşülür. Mülkiyyət iqtisa-
Dostları ilə paylaş: |