di münasibəti isə:
●
birincisi, şəxsin məxsus olduğu əşyaya münasibətidir;
●
ikincisi, əşya barəsində şəxslər arasında münasibətdir;
●
üçüncüsü, ictimai münasibətdir;
●
dördüncüsü, əmlak münasibətidir.
Sovet elmi Qərb alimlərinin mülkiyyəti şəxslərin əşyaya münasibəti kimi xarakterizə edən konsepsiyasını,
ümumiyyətlə, qəbul etməmişdir. Marksist iqtisad elmi mülkiyyətə cəmiyyətdə şəxslər arasında, siniflər arasında
münasibət kimi baxırdı. Belə mövqe, məlum məsələdir ki, sovet ideoloci prinsipi ilə bağlı idi.
Hüquq ədəbiyyatında (həm də sosial-iqtisadi ədəbiyyatda) mülkiyyətə fərd və ya kollektiv tərəfindən istehsal
vasitələrini və məhsullarını mənimsəmə kimi anlayış verilir. Müəlliflərin əksəriyyəti mülkiyyət anlayışını mə-
nimsəmə kateqoriyasının köməyi ilə müəyyən edirlər. K.Marks mülkiyyətə sosial-iqtisadi tərif verərkən məhz
bu kateqoriyanı əsas tuturdu: mülkiyyət xarici aləmi mənimsəmə (istehlak) üsuludur. Kant da mülkiyyətin anla-
yışını mənimsəmə kateqoriyası vasitəsilə formulə edirdi: mülkiyyət əşyaların mənimsənilməsi barədə şəxslər
arasında yaranan münasibətdir. Prinsip etibarilə mənimsəmə kateqoriyasından istifadə etməklə mülkiyyətə anla-
252
yış verilməsi mümkündür. Lakin bu, məsələyə birtərəfli yanaşmaq demək olardı. Belə ki, mənimsəmə kateqori-
yası mücərrəd xarakter daşıyıb, müxtəlif məzmuna malikdir. Mülkiyyətin iqtisadi məzmununu müəyyən etmək
üçün daha konkret, daha qeyri-mücərrəd anlayışlardan istifadə edilməsi gərəkdir. Şübhəsiz ki, məsələyə belə
yanaşma nisbətən üstünlüyü əks etdirir. Sahiblik, istifadə etmək, sərənjam vermək mülkiyyət iqtisadi müna-
sibətlərinin məzmununu müəyyənləşdirmək baxımından mənimsəmə kateqoriyasına nisbətən daha münasib, da-
ha tutarlı iqtisadi kateqoriyalardır.
Dostları ilə paylaş: |