nın subyektlərindən heç biri mülkiyyət hüququnun sahibi (mülkiyyətçi) kimi tam səlahiyyətlərə malik deyil. Mül-
kiyyətçi ona məxsus olan əmlaka sahiblik, əmlakdan istifadə və onun üzərində sərənjam vermək səlahiyyətinə
malikdir. Digər əşya hüquqlarının subyektləri (sahibləri) isə mülkiyyətçi statuslu şəxs sayılmır. Onların əmlakdan
istifadə hüquqlarının həjmi qanunla və mülkiyyətçinin iradəsi ilə məhdudlaşır. Ona görə də digər əşya hüquq sub-
248
yektlərini qanun mülkiyyətçi olmayan şəxslər adlandırır.
Digər əşya hüquqlarının, yəni mülkiyyətçi olmayan şəxslərin hüquqlarının dairəsi MM-in 158-ci maddəsin-
də müəyyən edilmişdir: girov hüququ; əmlakdan istifadə hüququ; servitutlar. Mülkiyyətçi olmayan şəxslərin hü-
quqları dedikdə, məhdud əşya hüquqları, yəni özgə əşyasına olan hüquqlar başa düşülür. Məhdud əşya hüquqla-
rına isə aiddir: girov hüququ; ipoteka hüququ; tikiliyə vərəsəlik hüququ (superfitsi hüququ); servitut hüququ;
uzufrukt hüququ.
Mülkiyyətçi olmayan şəxslərin əşya hüquqlarının (məhdud əşya hüquqlarının) xüsusiyyəti ondan ibarətdir
ki, birincisi, bu hüquqların qanunla müəyyən edilən siyahısı qəti xarakter daşıyır. kincisi, müəyyən hallarda
bu hüquqlar öz hüquqi qüvvəsini saxlamaq, bu hüquqlara əməl olunmaq və riayət edilmək xüsusiyyətinə
Dostları ilə paylaş: