yənləşdirmək funksiyasını.
Əş
ya hüquqlarının mütləq hüquq növünə şamil edilməsi onu öhdəlik hüquqlarından (şəxsi hüquqlardan)
fərqləndirməyə imkan verir. Öhdəlik hüquqları nisbi hüquq kateqoriyasına aid olunur. Bu növ hüquqların fərq-
ləndirilməsi müəyyən prinsipə əsaslanır. Həmin prinsipə görə, əşya hüququna əməl edilməsi hamıdan və hər
kəsdən tələb edilə bilər. Öhdəlik hüququnun yerinə yetirilməsi isə yalnız konkret borclu şəxsdən tələb oluna bi-
lər.
Əş
ya hüquqlarının üçüncü xüsusiyyəti ondan ibarətdir ki, bu hüquqlar əşya-hüquqi müdafiə üsulları ilə
müdafiə olunur. Bu üsullara vindikasiya və neqator iddialar, habelə digər hüquqi vasitələr daxildir. Məsələn,
şə
xs mülkiyyətçinin əşyasını oğurlayır; mülkiyyətçi həmin şəxsin qanunsuz sahibliyində olan öz əşyasını geri
tələb edir; bu zaman o, vindikasiya iddiası verir. Başqa bir misalda məzuniyyətə gedən şəxs arzuolunmaz halla-
rın qarşısını almaq məqsədilə dördotaqlı mənzilin otaqlarından birində gejələməyi qonşusuna tapşırır. Məzuniy-
yətdən qayıdandan sonra nainsaf qonşu otağı təhvil verməməsi nəticəsində şəxsin öz mənzilindən normal istifa-
də etməsi mümkün olmur, problemə çevrilir. Mənzilin sahibi neqator iddia verməklə öz mülkiyyət hüququnu
müdafiə edir.
Bu, onu göstərir ki, əşya hüquqları xüsusi hüquqi recimlə qorunur və mühafizə edilir.
Əş
ya hüquqlarının dördüncü xüsusiyyəti ondan ibarətdir ki, bu hüquqların obyekti yalnız fərdi-müəyyən
ə
Dostları ilə paylaş: |