rəçilik funksiyası həyata keçirə bilməz və yuxarı instansiyalı təşkilat hesab edilmir.
Hüquqi şəxslərin ittifaqına daxil olan zaman iştirakçılar özlərinin müstəqilliyini itirmirlər. Əksinə, onlar öz-
lərinin müstəqilliyini və hüquqi şəxs hüquqlarını saxlayırlar (MM-in 117-ci maddəsinin 3-cü bəndi). Onların
mülki hüquq qabiliyyətinin həcmi dəyişməz və sabit qalır.
Hüquqi şəxslərin ittifaqının əsas və başlıca fəaliyyət məqsədi iştirakçıların fəaliyyətini əlaqələndirməkdən,
habelə onların əmlak mənafelərini (ümumiyyətlə mənafelərini) təmsil və müdafiə etməkdən ibarətdir. Əsas
məqsəd kimi ittifaqın sahibkarlıq fəaliyyəti ilə məşüul olmaüa ixtiyarı çatmır. ×ünki o, qeyri-kommersiya
təşkilatıdır. Bununla belə, ittifaqın əsas məqsəd kimi kommersiya xarakterli fəaliyyətlə, sahibkarlıq fəaliyyəti
ilə məşüul olmasına zərurət yarana bilər. Belə halda iştirakçıların qərarı ilə ittifaqa sahibkarlıq fəaliyyətini hə-
yata keçirmək həvalə edilir. Bundan sonra ittifaq sahibkarlıq fəaliyyəti ilə özünün əsas fəaliyyət məqsədi kimi
məşüul olmaüa borclu olur. Bu, onun hüququnu yox, vəzifəsini təşkil edir.
Özünün əsas fəaliyyət məqsədi kimi sahibkarlıq fəaliyyətini həyata keçirmək üçün ittifaq təsərrüfat
cəmiyyəti yarada bilər və ya bu cür cəmiyyətdə iştirak edə bilər, yəni fəaliyyət göstərən hər hansı bir təsərrüfat
cəmiyyətinin tərkibinə daxil ola bilər. Sahibkarlıq fəaliyyətindən əldə edilən mənfəət ittifaqın iştirakçıları
Dostları ilə paylaş: |