dinj və asudə həyatını təmin etməkdən ibarətdir. Yapon sivilistika doktrinası isə belə hesab edir ki, qonşuluq
hüququ başqa şəxsin daşınmaz əmlakına qonşu olan digər daşınmaz əmlaka mülkiyyət hüququndan istifadə et-
məni tənzimləmək məqsədinə xidmət edir. Bu məqsədlə bizim ölkə qanunvericiliyi də müvafiq qayda və nor-
malar müəyyənləşdirir. Həmin qayda və normalar qonşuluq hüququnun mahiyyətini təşkil edir.
Hər şeydən əvvəl, torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi qonşu sahədən qazın, buxa-
rın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini
qadağan edə bilməz (MM-in 171-ci maddəsinin 1-ci bəndi). Belə ki, əgər qonşunun arzuolunmaz və xoşagəl-
məz hərəkəti və fəaliyyəti qonşunun sahəsinə təsir göstərərsə, onda mülkiyyətçinin belə hərəkət və fəaliyyətin
kəsilməsini tələb etmək hüququ yoxdur. Bu yalnız o halda mümkün ola bilər ki, edilən hərəkət və fəaliyyət tor-
paq sahəsindən istifadə etməkdə mülkiyyətçiyə maneçilik yaratmasın və ya onun hüququnu mühüm
Dostları ilə paylaş: |