dərəcədə pozmasın. Məsələn, qonşu normal qaydada radioqəbulediciyə səs verərək, musiqiyə qulaq asır. Bu-
nun nəticəsində musiqi səsləri mülkiyyətçinin evinə daxil olur. Başqa bir misalda qış mövsümündə qonşunun
odunla qaladığı sobadan çıxan tüstü mülkiyyətçinin evinə dolur. Məlum məsələdir ki, mülkiyyətçi belə məqam-
larda həmin halların dayandırılmasını tələb edə bilməz. Ona görə ki, göstərilən hallar mülkiyyətçinin hüquqları-
nı mühüm dərəcədə pozmur. Bir qayda olaraq, mülkiyyətçi öz qonşusunun mövcudluğu üçün zəruri olan təsir
hallarına dözməyə borcludur. Əgər həmin təsir halları müvafiq ərazi üçün nəzərdə tutulan adi istifadədən və iq-
tisadi cəhətdən yol verilən hədlərdən yüksək olarsa, onda mülkiyyətçiyə pul formasında müvafiq kompensa-
Dostları ilə paylaş: |