ləndirilməsində əsas kimi götürülə bilməz. Müəlliflərin əksəriyyəti mülkiyyət hüququnun əmələ gəlməsinin
ilkin və törəmə adlı iki üsulunun ayrılmasında əsas əlamət və meyar kimi məhz hüquqi varisliyi qəbul edirlər.
Doğrudan da göstərilən üsulları bir-birindən fərqləndirməyin əsasında hüquqi varislik meyarı durur: əgər mül-
kiyyət hüququ hüquqi varislik əsasında əldə olunmazsa, onda söhbət yalnız ilkin üsuldan gedə bilər; yox, əgər
mülkiyyət hüququ hüquqi varislik əsasında əldə edilərsə, belə halda törəmə üsul göz qabağındadır.
Beləliklə, ilkin üsul dedikdə, elə bir vasitə başa düşülür ki, bununla əvvəllər heç kimə məxsus olmayan
əş
yaya mülkiyyət hüququ yaranır və ya əşyanın əvvəlki mülkiyyətçisinin iradəsindən və hüquqlarından
asılı olmadan mülkiyyət hüququ əmələ gəlir; ilkin üsullar elə üsullardır ki, onların vasitəsi ilə mülkiyyət hü-
ququ birinci dəfə yaranır (belə ki, əmlak əvvəllər heç kəsin mülkiyyətində olmur) və ya müstəqil surətdə, əvvəl-
ki mülkiyyətçinin iradə və hüququndan asılı olmadan əmələ gəlir. Buna görə də mülkiyyət hüququnun əldə
olunma qaydası tərəflərin razılığı və ya əvvəlki mülkiyyətçinin birtərəfli iradəvi hərəkəti ilə yox, qanunla mü-
ə
yyən edilir.
Törəmə üsul odur ki, bu üsulla mülkiyyət hüququ hüquqi varislik qaydasında, əsasən, əmlakın əvvəlki mül-
kiyyətçisinin iradəsi ilə əmələ gəlir; törəmə üsullar elə üsullardır ki, onların köməyi ilə mülkiyyət hüququ bu
hüququn əvvəlki mülkiyyətçisindən yeni mülkiyyətçiyə keçməsinə əsasən, yəni hüquqi varislik qaydasında ya-
ranır; əksər hallarda (məsələn, alqı-satqı, bağışlama, dəyişmə və digər müqavilələr bağlanan, vəsiyyət edilən
hallarda) mülkiyyət hüququ yeni mülkiyyətçiyə əvvəlki mülkiyyətçinin iradəsi əsasında keçir; bunun nəticəsin-
də əvvəlki mülkiyyətçinin yerini yeni mülkiyyətçi tutur.
Bəzi hallarda isə mülkiyyət hüququ yeni mülkiyyətçiyə əvvəlki mülkiyyətçinin iradəsi olmadan keçir. Məsə-
lən, qanun üzrə vərəsəlik, milliləşdirmə, müsadirə və rekvizisiya (həcz) kimi üsullarla mülkiyyət hüququ əldə
olunan hallarda əvvəlki mülkiyyətçinin iradəsi nəzərə alınmır.
Mülkiyyət hüququnun əldə olunması üsullarının ilkin və törəmə üsullara bölünməsinin həm iqtisadi, həm də
hüquqi mənası vardır; bu bölgü həm də praktiki əhəmiyyətə malikdir. Belə ki, ilkin üsulla mülkiyyət hüququ
yaranan zaman mülkiyyətçi (əldə edən şəxs) həmin hüququ tam həjmdə əldə edir. Ona görə ki, mülkiyyətçi (əl-
də edən şəxs) mülkiyyət hüququnu başqa subyektin, yəni əvvəlki mülkiyyətçinin hüququ əsasında qazanmır;
onun mülkiyyət hüququ əvvəlki mülkiyyətçinin hüququndan asılı deyil.
Törəmə üsulla mülkiyyət hüququ əmələ gələn hallarda isə yeni mülkiyyətçiyə (əldə edən şəxsə) mülkiyyət
hüququ əvvəlki mülkiyyətçinin (əmlakı özgəninkiləşdirən şəxsin) malik olduğu həjmdə keçir; yeni mülkiyyətçi-
nin mülkiyyət hüququ əvvəlki mülkiyyətçinin hüququndan asılıdır; buna görə də o, həjm baxımından əvvəlki
mülkiyyətçinin malik olduğundan çox hüquq əldə edə bilməz. Xüsusən də yeni mülkiyyətçiyə mülkiyyət hüqu-
qu yüklə birlikdə (məsələn, girov hüququ ilə birlikdə və s.) keçir.
Dostları ilə paylaş: |