kiyyət hüququnun yaranma vaxtı həmin əmlakın dövlət reyestrində qeydə alınması anı ilə şərtlənir (MM-
in 178-ci maddəsinin 2-ci bəndi). Qeydə alınma üçün lazımi sənədlər (əmlakın yaradılmasını təsdiq edən, tor-
paq sahəsi barədə sənəd və s.) dövlət reyestrini aparan orqana verilməlidir. Belə təsəvvür yaranır ki, dövlət re-
yestrində qeydə alındığı vaxta kimi yeni yaradılmış daşınmaz əmlak mülkiyyət hüququnun obyekti hesab edil-
mir. Belə əmlak hüquqi cəhətdən mövcud olmur. Məsələn, götürək yeni tikilmiş binanı. Binalar daşınmaz əmla-
kın bir növüdür (MM-in 135-ci maddəsinin 4-cü bəndi). Yeni tikilmiş binaya daşınmaz əmlak kimi mülkiyyət
hüququ yalnız həmin binanın dövlət reyestrində qeydə alınması anından əmələ gəlir. Bina qeydə alınana kimi
həmin binaya yox, istifadə edilmiş materiallar da daxil edilməklə yalnız əmlak kompleksinə mülkiyyət hüququ-
nun yaranmasından söhbət gedə bilər.
Yeni yaradılmış və ya hazırlanmış daşınar əmlaka mülkiyyət hüququnun yaranması üçün həmin əmlakın
dövlət reyestrində qeydə alınması tələb olunmur. Belə əmlakın mülkiyyət hüququnun obyekti kimi tanınması və
hüquqi cəhətdən mövcud olması üçün zəruridir ki, yeni maddi obyektlərin və predmetlərin yaradılmasına yönə-
lən istehsal fəaliyyəti başa çatsın. Belə təsəvvür yaranır ki, daşınar əmlakın yaranma (hazırlanma) anı hə-
Dostları ilə paylaş: |