obyektləri inşa edən şəxsin mülkiyyət hüququ əmələ gəlmir. Tikili özü isə daşınmaz əmlak hesab edilmir və
dövlət qeydiyyatına alınmır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir (MM-in 180-ci
maddəsinin 2-ci bəndi). Özbaşına tikinti obyektləri inşa edən şəxs bu obyekt üzərində sərənjam vermək (satmaq,
bağışlamaq, icarəyə vermək, dəyişdirmək və digər əqdlər bağlamaq) hüququna malik deyildir. Həmin obyektlərə
sərənjam verilməsinə yönələn əqdlər MM-in 337-ci maddəsinin 1-ci bəndinə görə qanunun tələblərinə uyğun gəl-
mədiyi üçün etibarsız sayılır.
Bununla bərabər, qanun istisna hal kimi müəyyən şərt əsasında özbaşına tikinti aparmış şəxsin həmin tikiliyə
mülkiyyət hüququ əldə etmək imkanını nəzərdə tutur (MM-in 180-ci maddəsinin 3-cü bəndi). Belə halda özba-
ş
ına tikiliyə mülkiyyət hüququnun yaranması məhkəmə qaydasında müəyyən edilir. Məhkəmə yalnız iki şərt
mövcud olduqda özbaşına tikiliyə mülkiyyət hüququnun əldə edilməsi barədə qərar qəbul edir: tikinti aparılmış
torpaq sahəsi özbaşına obyekt inşa edən şəxsin mülkiyyətində olmalıdır; tikilinin saxlanılması digər şəxslə-
rin hüquqlarını və
Dostları ilə paylaş: |