liyə qəbul etmək hüququna malik olan digər şəxslərin hüquqlarını pozmamalıdır. Almaniya Mülki Qanun-
naməsində (§ 958) sahibsiz daşınar əmlaka yiyələnməklə, onu sahibliyə qəbul etməklə yuxarıda göstərilən iki
şə
rt əsasında həmin əmlaka mülkiyyət hüququnun əldə edilməsi üsulu ifadə edilmişdir ki, bu üsul Azərbaycan
Respublikasının MM-ində də nəzərdə tutulmuşdur. Bu üsul Çexiyanın, sveçrənin, Polşanın və digər ölkələrin
qanunvericiliyinə də məlumdur. Yaponiya qanunvericiliyinə görə, sahibsiz daşınar əşyanı ələ keçirən və mül-
kiyyətçi olmaq niyyətində olan hər bir şəxs sahiblik əsasında həmin əşyaya mülkiyyət hüququ əldə edə bilər
(MM-in 239-cu maddəsinin 1-ci bəndi). Sahibsiz daşınmaz əşyalara gəldikdə isə belə əşyalar dövlət xəzinəsinə
aid edilir və sahibliyin predmeti ola bilməz (Yaponiya MM-inin 239-cu maddəsinin 2-ci bəndi).
Sahibsiz mədəniyyət sərvətləri qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət mülkiyyətinə daxil edilir («Mə-
dəniyyət haqqında» qanunun 36-cı maddəsi).
Dostları ilə paylaş: |