müvafiq olsun, ya da ki, həmin hərəkətlər yerli adətə uyğun olsun. Lakin həmin obyektlər sahibsiz əmlak
kateqoriyasına şamil edilmir. Bu obyektlər, hər şeydən əvvəl, dövlət və bələdiyyə mülkiyyətində olur. Su
Məcəlləsinin 12-ci və 13-cü maddələri su obyektləri üzərində dövlət və bələdiyyə mülkiyyətini təsbit edir. Bu
məcəllənin 36-cı maddəsində ümumi istifadədə olan su obyektlərindən (istifadəsi hamı üçün mümkün olan su
obyektlərindən) öz ehtiyaclarını təmin etmək məqsədi ilə fiziki şəxslərin balıq ovlamalarına səlahiyyət verilmə-
si nəzərdə tutulmuşdur.
Azərbaycan Respublikasında meşə fondu dövlətin mülkiyyəti hesab olunur. Meşə fondunun mülkiyyətçisi
olan dövlət Meşə Məcəlləsinin 53-cü maddəsi əsasında fiziki şəxslərə şəxsi məqsədləri üçün yabanı meyvə, gi-
ləmeyvə, gərzəklilər və digər meşə sərvətləri, dərman bitkiləri, texniki xammal yığmağa ümumi icazə vermiş-
dir.
«Heyvanlar aləmi haqqında» qanunda ovçuluq obyektlərinə aid edilmiş vəhşi heyvanların tutulmasının və
vurulmasının mümkünlüyü göstərilir. Ov xüsusi icazə və ovçuluq biletləri əsasında həyata keçirilir. Bu tələblərə
ə
məl edən şəxslər xüsusi olaraq ayrılmış ov yerlərində ovçuluq fəaliyyəti ilə məşğul ola bilərlər. Özü də ov ödə-
nişlidir. Əldə edilmiş ov məhsulları müvafiq şəxsin mülkiyyətinə daxil olur. Həmin məhsullardan isə əhalinin
maddi və mənəvi iqtisadiyyatının xammal, material və digər tələbatlarının ödənilməsi məqsədilə istifadə olunur.
Göründüyü kimi, bu cür hallarda əldə edilməsi hamıya müyəssər olan əmlaka yox, yalnız xüsusi icazə alan şəx-
sə müyəssər olan əmlaka mülkiyyət hüququ əmələ gəlir.
Beləliklə, meşə və su dövlətin mülkiyyətində olmasına baxmayaraq, həmin obyektlərdə tutulan, ovlanan, yı-
ğ
ılan və s. təbiət predmetlərinə mülkiyyət hüququnun əldə edilməsini törəmə üsul hesab etmək olmaz. Belə ki,
MM-in 189-cu maddəsində nəzərdə tutulan mülkiyyətçinin verdiyi icazə konkret subyektə aid deyildir. Həmin
icazə ümumi xarakter daşıyır. Buna görə də əldə edilməsi hamıya müyəssər olan təbiət predmetlərinə mülkiy-
Dostları ilə paylaş: |