Qarışma (qatılma) daşınar əşyaların birləşməsinin xüsusi halıdır. Qarışma daşınar əşyaların elə birləşməsi
və qatışmasıdır ki, bu zaman onları fərdiləşdirmək və bir-birindən ayırmaq mümkün olmur. Məsələn, müxtəlif
mülkiyyətçilərə məxsus olan neftin və ya taxılın bir-birinə qatılması buna misaldır. Belə hallarda da qarışma
nəticəsində yaranan əşyaya birgə mülkiyyət hüququ əmələ gəlir.
Qeyd etməliyik ki, müxtəlif mülkiyyətçilərə məxsus olan daşınar əşyaların birləşməsi müəyyən şərt əsasında
mülkiyyət hüququnun əmələ gəlmə üsulu kimi çıxış edə bilər. Belə ki, daşınar əşyalar ya təsadüfən, ya da səh-
vən birləşdirilməlidir.
Bəzi hallarda baş (əsas) əşyaya yardımçı əşya (ləvazimat) birləşdirilir. Belə halda baş (əsas) əşya sahibinin
mülkiyyət hüququ yardımçı əşyaya da şamil edilir, yəni baş (əsas) əşya sahibi yardımçı əşyaya da mülkiyyət hü-
ququ əldə edir. Əşyanın baş (əsas) əşya olub-olmaması, adətən, dövriyyədə yaranmış rəy əsasında müəyyən edilir.
Məsələn, yaranmış rəyə görə müəyyən etmək mümkündür ki, qol saatı, portret (şəkil), avtomobil, ayaq xizəyi və
s. əsas (baş) əşya hesab olunur. Məlum məsələdir ki, saatın qolbağı, şəklin çərçivəsi, avtomobilin açarları, ayaq
xizəyinin ağajları yardımçı əşya kateqoriyasına aid edilir.
Daşınmaz əşyaların da bir-biri ilə birləşməsi mümkündür. Belə ki, təbii hadisələrin təsiri nəticəsində təsadü-
fən yeni torpaq sahələri (ərazilər) yarana bilər. Belə hadisələrə aiddir: daşqın; torpağın səpələnməsi və ya yerdə-
yişməsi; çayın yatağının və ya səviyyəsinin dəyişməsi və s. Məlum məsələdir ki, bu kimi hadisələrin təsiri
nəticəsində yeni ərazi (torpaq sahəsi) əmələ gələ bilər; belə ərazi (torpaq sahəsi) hansı torpaq sahəsinə bitişik-
dirsə, həmin sahəyə də birləşdirilməlidir (MM-in 178-ci maddəsinin 3-cü bəndi). Bu, o deməkdir ki, torpaq sa-
həsinin mülkiyyətçisi yeni əraziyə də mülkiyyət hüququ əldə edir. Belə qayda Fransa, spaniya, Hollandiya və
digər xarici ölkələrin qanunvericiliyinə də məlumdur.
Qeyd etmək lazımdır ki, təbii və ya süni yolla əşyaların bir-birilə birləşməsi əmlakın çoxalmasına səbəb olur.
Ə
Dostları ilə paylaş: |