4. Birləşmə mülkiyyət hüququnun
ə
ldə edilməsi üsulu kimi
Birləşmə Roma hüququnda mülkiyyət hüququnun əldə edilməsinin üsullarından biri hesab edilirdi. Roma
hüququ bu üsulu «accessio» — aksessio (artma, üstünə qoyma) adlandırırdı. Həmin üsul bir sıra müasir xarici
ölkələrin qanunvericiliyi tərəfindən qəbul olunmuşdur. Yaponiya MM-inin 242-ci və 243-cü maddələri mülkiy-
yət hüququnun əldə edilməsinin birləşmə üsulunun tənzimlənməsinə həsr edilmişdir. Bu üsul spaniya
qanunvericiliyinə də məlumdur (MM-in 358-359-cu maddələri). Almaniya qanunvericiliyi birləşməni mülkiy-
yət hüququnun əmələ gəlməsinin əsas üsullarından biri kimi nəzərdə tutur. Almaniya Mülki Qanunnaməsinin
946-947-ci paraqrafları həmin üsulla bağlı olan münasibətləri tənzimləyir. Bu paraqraflarda ifadə olunan norma
və qaydalar bizim ölkə qanunvericiliyi tərəfindən qəbul edilmişdir (MM-in 190-191-ci maddələri).
Birləşmə üsulunun iki halı fərqləndirilir: daşınar əşyanın torpaq sahəsi ilə birləşməsi halı (MM-in 190-cı
maddəsi); iki daşınar əşyanın birləşməsi halı (MM-in 191-ci maddəsi).
Dostları ilə paylaş: |