daşınar əşyasını tərkib hissəsi kimi həmin sahəyə birləşdirməsindən ibarətdir; söhbət mülkiyyətçinin öz tor-
paq sahəsində özgəsinə məxsus olan materiallardan (daşınar əşyalardan) istifadə etməklə tikili ujaltmasından
gedir. Məlum məsələdir ki, belə halda torpaq sahəsi mülkiyyətçisinin mülkiyyət hüququ həmin əşyaya da şamil
edilir. Məsələn, o, torpaq sahəsində tikili ujaltmaq üçün özgə şəxsə məxsus olan tikinti materiallarından (se-
ment, qum, taxta, parket və s.) istifadə edir.
kinci forma isə müəyyən şəxsin özünün daşınar əşyalarını özgəsinin mülkiyyətində olan torpaq sahəsi
ilə birləşdirməsini əhatə edir; söhbət materialların (daşınar əşyaların) mülkiyyətçisinin özgəsinə məxsus olan
torpaq sahəsində tikili ujaltmasından gedir. Bu halda da həmin daşınar əşyalara torpaq sahibinin (mülkiyyətçi-
nin) mülkiyyət hüququ aid edilir. Bu, Roma hüququnun müəyyən etdiyi belə bir qaydaya uyğun gəlir:
«Superficies solo cedit», yəni torpaq kimə məxsusdursa, tikili də onun mülkiyyətinə daxil olur. Məsələn, müəy-
yən şəxs özgəsinin torpaq sahəsində daşınar əşyalardan müxtəlif tikililər (yaşayış evi, körpülər, anbarlar və s.)
ujaldır. Belə halda tikililər şəxsin yox, torpaq sahəsi sahibinin mülkiyyətinə keçir.
Torpaq sahəsinə yardımçı əşya (ləvazimat) birləşdirilərsə, bir qayda olaraq, torpaq sahibinin mülkiyyət hü-
ququ ona da şamil edilir. Amma tərəflərin razılaşmasında mülkiyyət hüququnun yardımçı əşyaya aid olmaması
nəzərdə tutula bilər (MM-in 135-ci maddəsinin 11-ci bəndi). Belə ki, əşyanın tərkib hissəsindən fərqli olaraq,
yardımçı əşya müstəqil surətdə fiziki cəhətdən (təsərrüfat cəhətdən yox) mövcud olur və zədələnmədən, dağıl-
madan əsas əşyadan ayrıla bilər. Buna görə də yardımçı əşyalar təsərrüfat cəhətdən müstəqil olmasalar da, onla-
rın müstəqil surətdə mülkiyyət hüququnun obyekti kimi çıxış etməsi istisna olunmur, mümkündür. Məsələn,
ə
gər torpaq sahəsi əsas (baş) əşyadırsa, kənd təsərrüfatı avadanlığı isə yardımçı əşya sayılır. Belə halda torpaq
sahibinin mülkiyyət hüququnun həmin avadanlığa şamil edilməsi üçün tərəflərin sazişi və razılığı gərəkdir.
Birləşmə üsulunun ikinci halı iki və daha artıq daşınar əşyanın birləşməsini əhatə edir. Bu halın mahiyyə-
ti ondan ibarətdir ki, müxtəlif şəxslərə məxsus olan bir neçə daşınar əşya birləşən zaman həmin əşyalara mül-
kiyyət hüququ da birləşir. Belə halda əvvəlki mülkiyyətçilər yeni əşyanın paylı mülkiyyətçilərinə çevrilir və
onların paylı mülkiyyət hüququ yaranır. Hər bir mülkiyyətçinin payı həmin əşyaların birləşməzdən əvvəlki
dəyərinə uyğun olaraq müəyyənləşdirilir (MM-in 191-ci maddəsinin 1-ci bəndi). Məsələn, bir kənddə yaşayan
qadın özünəməxsus ipdən və qonşunun malik olduğu materiallardan (ip, boyaq və s.) təsadüfən və ya səhvən is-
tifadə etməklə xalça toxuyur. Başqa bir misalda usta təsadüfən dörd nəfər vətəndaşa məxsus olan bandan, mü-
hərrikdən, ramadan, təkərlərdən və digər detal və mexanizmlərdən avtomobil yığır. Belə halda daşınar əşyalar
yeni vahid əşyanın (avtomobilin) tərkib hissələrinə çevrilir. Daha başqa bir misalda şəxs səhvən paltara özgə
şə
xsə məxsus bəzək-düzək və zinət şeyləri bərkidir.
Dostları ilə paylaş: |