dövlət maliyyə orqanları tərəfindən ödənilir.
Qanunda nəzərdə tutulan halda tarix və mədəniyyət abidələrindən, elmi dəyərlərə malik əmlakdan ibarət olan
dəfinəni aşkar etmiş şəxs mükafat almaqdan məhrum edilir. Bu, o vaxt mümkün olur ki, dəfinənin gizlədildiyi
ə
mlakın mülkiyyətçisinin razılığı olmadan həmin şəxs qiymətli şeylərin qazıntısı və ya axtarışı vaxtı dəfinəni aş-
kar etmiş olsun. Belə halda mükafatın hamısı dəfinənin aşkar edildiyi əmlakın mülkiyyətçisinə çatır və ona ümu-
mi mülkiyyət yaranmır.
Qanunda nəzərdə tutulan halda dəfinəyə ümumi mülkiyyət hüququ yaranmır. Bu, onunla şərtlənir ki, qiymət-
li şeylərin qazıntısını və ya axtarışını apararkən dəfinə aşkar edən şəxs, bu işləri görən zaman dəfinənin gizlə-
dildiyi torpaq sahəsinin və ya digər əmlakın mülkiyyətçisinin razılığını almır. Belə halda dəfinə onu aşkar edən
şə
xsin yox, mülkiyyətçinin mülkiyyətinə keçir (MM-in 187-ci maddəsinin 2-ci bəndi).
Ümumi mülkiyyət hüququ qanunda nəzərdə tutulan başqa bir halda da əmələ gəlmir. Əgər dəfinə aşkar etmək
üçün qiymətli şeylərin qazıntısı və ya axtarışı şəxsin əmək və ya xidməti vəzifəsinə şamil edilərsə, belə halda ta-
pılmış dəfinə həmin şəxsin mülkiyyətinə keçmir. Məsələn, arxeoloci ekspedisiya iştirakçısı dəfinə aşkar edərsə,
dəfinənin bir hissəsi onun mülkiyyətinə daxil olmur.
Dəfinənin qiymətləndirilməsi, mülkiyyətçi ilə dəfinəni aşkar edən şəxs arasında bölüşdürülməsi və digər mə-
sələlərdən yaranan mübahisələr mülki hüquq xarakterinə malikdir. Ona görə də belə mübahisələr məhkəmə
qaydasında baxılıb həll edilir.
Dostları ilə paylaş: |