larsa, azarsa və ya öz mülkiyyətçisinin təsərrüfatından çıxarsa, belə heyvan nəzarətsiz heyvan sayılır. Özbaşına
279
buraxılmış
heyvan dedikdə isə tutulan vaxtı hər hansı təsərrüfatda olan heyvan başa düşülür; əgər başqa təsər-
rüfata məxsus sürüyə və ya ilxıya qatılarsa, belə heyvan özbaşına buraxılmış heyvan hesab olunur. Məsələn,
itən qoyun hər hansı bir mülkiyyətçiyə məxsus olan sürüyə qatılır. Belə heyvanlara mülkiyyət hüququ avtoma-
tik olaraq əmələ gəlmir. Nəzarətsiz və ya özbaşına buraxılmış mal-qaranı tutan şəxs, dərhal bu barədə mal-qara-
nın sahibinə xəbər verməli və mal-qaranı ona qaytarmalıdır. Bu, mal-qaranı tutan şəxsin əsas vəzifəsidir. Mal-
qaranı tutanın digər vəzifəsi ondan ibarətdir ki, əgər heyvanların mülkiyyətçisi və ya mülkiyyətçinin olduğu yer
naməlum olarsa, o, mal-qara tutulduğu andan üç gündən gej olmayaraq heyvanlar barədə polisə xəbər verməyə
borcludur. Polis mal-qara sahibinin axtarılması üçün tədbirlər görür. Axtarış müddətində mal-qara saxlanmaq
və istifadə olunmaq üçün ya heyvanları tutanda qalır, ya da onun xahişi ilə mal-qara, heyvanları saxlamaq üçün
lazımi şəraiti olan digər şəxsə verilir.
MM-in 192-ci maddəsinin 3-cü bəndi nəzarətsiz heyvanları tapıb özündə saxlayan şəxsin, habelə saxlanmaq
və istifadə olunmaq üçün heyvanların verildiyi şəxsin vəzifəsini müəyyən edir. Həmin şəxslər heyvanları lazımi
qaydada saxlamağa borcludurlar. Həmin şəxslərin heyvanların tələf olmasında təqsiri olarsa, onlar heyvanların
Dostları ilə paylaş: