vəzsiz olaraq mülkiyyətinə keçir. O, mal-qaraya mülkiyyət hüququ əldə edir. Həmin şəxs saxladığı heyvan-
ların öz mülkiyyətinə daxil edilməsindən imtina etdikdə, mal-qara əvəzsiz olaraq dövlətin mülkiyyətinə ke-
çir.
Qanun altı ay müddəti keçdikdən və heyvanları saxlayan şəxsin heyvanlara mülkiyyət hüququ əldə etdiyi
vaxtdan sonra da onların əvvəlki mülkiyyətçisinə qaytarılmasının mümkünlüyü qaydasını müəyyən edir (MM-
in 192-ci maddəsinin 5-ci bəndi). Əvvəlki mülkiyyətçi heyvanın qaytarılmasını tələb edə bilər, bu şərtlə ki,
mülkiyyətçi heyvanın ona bağlılığını sübut edən dəlillər gətirsin. Heyvanın qaytarılması şərtləri tərəflərin sazişi
(razılığı) ilə müəyyən edilir. Əgər mal-qaranın qaytarılması şərtləri barədə mübahisə yaranarsa, məsələ məhkə-
mə qaydasında həll edilir. Əgər heyvan əvvəlki mülkiyyətçiyə qaytarılarsa, o, mülkiyyət hüququ əldə edir; yeni
mülkiyyətçi isə mülkiyyət hüququnu itirir.
Dostları ilə paylaş: |