11. Kooperativ mənzil, bağ, qarac və digər tikililərə
mülkiyyət hüququnun əldə edilməsi
Kooperativ əmlakı (bağ, mənzil, qarac və digər başqa bina və ya tikili) üzərində mülkiyyət hüququ-
nun əldə edilməsi üsulu MM-in 178-ci maddəsinin 8-ci bəndində nəzərdə tutulmuşdur. Bu maddəyə görə,
mənzil, bağ, qarac kooperativinin və ya digər kooperativin üzvü, habelə pay yığımına hüququ olan digər şəxslər
onların istifadəsinə verilmiş mənzil, bağ, qarac və ya başqa bina və ya tikili üçün özünün pay haqqını tamamilə
verdikdən sonra bu əmlak üzərində mülkiyyət hüququ qazanır. Göstərilən həmin qayda «Mülkiyyət haqqın-
da» qanunun 21-ci maddəsinin 3-cü bəndində də ifadə edilmişdi.
Bəzi müəlliflər mülkiyyət hüququnun əmələ gəlməsinin bu üsulunu ilkin üsul hesab edirlər. Digər müəlliflər
isə mülkiyyət hüququnun əldə edilməsinin göstərilən üsulunu törəmə üsula şamil edirlər. Bizim fikrimizjə,
ikinci qrup alimlərin mövqeyi daha əsaslı və inandırıcıdır. Belə ki, mənzil, bağ, qarac və digər binalar və ya ti-
kililər kooperativin mülkiyyətinə daxil olan əmlakdır. Həmin əmlak kooperativ üzvü, habelə pay yığımına hü-
ququ olan digər şəxslər tərəfindən pay haqqı tamamilə ödənildikdən sonra onların mülkiyyətinə keçir. Belə hal-
da, mahiyyətjə, əmlak məjburi surətdə alınır, kooperativin mülkiyyətindən vətəndaşların mülkiyyətinə
keçir. Burada mülkiyyət hüququnun kooperativdən vətəndaşlara keçməsi hüquqi varisliyə əsaslanır. Bu isə gös-
tərilən üsulun mülkiyyət hüququnun əldə edilməsinin ilkin yox, törəmə üsuluna aid edilməsinə əsas verir.
Hüquq ədəbiyyatında bəzi müəlliflər kooperativin mülkiyyətində olan əmlaka (mənzilə, bağa, qaraca və s.)
mülkiyyət hüququnun əmələ gəlməsi üsulunu xüsusi üsul hesab edirlər. Müəlliflərdən bəziləri isə göstərirlər ki,
bu üsulun mülkiyyət hüququnun əldə edilməsinin xüsusi üsuluna aid edilməsinə heç bir əsas yoxdur. Bizim fik-
rimizjə, göstərilən üsulu mülkiyyət hüququnun əmələ gəlməsinin xüsusi üsuluna münjər edən alimlərin fikrində
daha çox həqiqət çalarları var. Belə ki, kooperativin əmlakı üzərində yalnız məhdud, xüsusi dairə və kateqo-
Dostları ilə paylaş: |