edənin əmlaka mülkiyyət hüququnun olmamasını bilməməsini ifadə edir. Vijdanlı əldə edən elə hesab etməlidir
ki, əmlak hər hansı bir mülkiyyətçiyə məxsus deyildir. Özgə əmlakına mülkiyyətçinin iradəsinin ziddinə olaraq
(məsələn, oğurluq yolu ilə) qəsdən yiyələnmək və faktiki sahiblik etmək əmlaka vijdanla sahiblik etməni istisna
edir. Bu hal əmlaka vijdansız sahiblik etməni şərtləndirir. Vijdanlı sahiblik əldə etmə müddətinin vacib atribu-
tudur; bu atributdan məhrum olan sahiblik, yəni vijdansız sahiblik mülkiyyət hüququnun yaranmasına səbəb ol-
müddətində əmlaka sahiblik vaxtı hər hansı fasiləyə yol verilməməsi başa düşülür. Beş il müddəti ərzində müx-
təlif əsaslara görə fasiləsizlik kəsilə bilər. Məsələn, səlahiyyətli şəxs (əmlakın mülkiyyətçisi) əmlakın qaytarıl-
ması barədə əldə edənə qarşı iddia verə bilər və ya əldə edən əmlakın onun mülkiyyətçisinə qaytarılması barədə
nin axımı yenidən davam edir, bu şərtlə ki, əldə etmə müddəti əsasında mülkiyyət hüququnun əmələ gəlməsi
Məsələn, əldə edən sahibliyin birinci ilində əmlakın mülkiyyətçisini axtarmağa başlayır, yerli mətbuatda bu ba-
rədə elan verir və digər hərəkətlər edir. Belə halda fasiləsizlik kəsilir və fasilə yaranır. Amma əmlakı mülkiy-
yətçiyə qaytarmaq mümkün olmur. Bundan sonra, yəni fasilədən sonra əldə etmə müddətinin axımı yenidən da-
runmasını nəzərdə tutur. Əldə edən şəxs öz sahibliyini əmlakın mülkiyyətçisi olmayan və qanunda, yaxud mü-
qavilədə nəzərdə tutulmuş digər əsasa görə əmlaka sahiblik hüquqları olmayan üçüncü şəxslərdən müdafiə et-
mək hüququna malikdir (MM-in 179-cu maddəsinin 3-cü bəndi). Beləliklə, əmlaka sahiblik edən şəxs həmin
282
ə
mlakın titul sahibi ilə bərabər qaydada öz sahibliyini müdafiə etmək hüququ qazanır. O, öz iradəsindən asılı
olmayaraq, əmlak sahibliyindən çıxdığı halda vindikasiya iddiası qaldıra bilər. Sahiblikdən məhrum edilməklə
ə
laqədar olmayan hər hansı hüquq pozuntusu olduqda (məsələn, əmlakdan istifadə hüququnun həyata keçiril-
məsinə üçüncü şəxslər maneçilik və əngəl törətdikdə), əldə edən neqator iddia vermək hüququna malik olur.
Göstərdiyimiz şərtlər olduqda əldə etmə müddəti əsasında daşınar əmlakı əldə etmiş şəxs həmin əmlaka mül-
kiyyət hüququ qazanır. Yeni mülkiyyətçinin bu hüququ əvvəlki mülkiyyətçinin mülkiyyət hüququndan törəmir,
ondan irəli gəlmir, yenidən yaranır. Ona görə də həmin üsul mülkiyyət hüququ əldə etmənin ilkin üsulu hesab
edilir. Mülkiyyət hüququnu müvafiq şəxsin əldə etməsilə əmlakın əvvəlki mülkiyyətçisi ona mülkiyyət hüququ-
nu itirir.
Qeyd etmək lazımdır ki, bəzi hallarda əldə etmə müddəti üsulu ilə mülkiyyət hüququ yarana bilməz. Belə ki,
ə
gər sahiblik müqavilə öhdəliyi (məsələn, kirayə, saxlama, əvəzsiz istifadə və digər müqavilələr) əsasında həya-
ta keçirilərsə, belə sahibliyə əldə etmə müddəti haqqında qaydalar tətbiq edilmir. Bu qaydalar o halda tətbiq
oluna bilər ki, mülkiyyətçinin əmlakı vijdanlı sahibin əlinə (sahibliyinə) qanuna zidd olmayan hər hansı üsulla,
müqavilə münasibətlərindən kənar yolla keçsin (məlum məsələdir ki, kirayəçi kirayəyə götürdüyü daşınar əşya-
ya əldə etmə müddəti üsulu ilə mülkiyyət hüququ qazana bilməz). Məsələn, mülkiyyətçi daşınar əmlakını unu-
daraq müəyyən şəxsin yanında saxlayır və həmin əmlakı götürmək barədə heç bir tədbir görmür. Bu kimi halla-
ra əldə etmə müddəti haqqında qaydalar tətbiq oluna bilər.
Hesab edirik ki, əldə etmə müddəti barədə qaydaların daşınmaz əmlaka münasibətdə də tətbiq olunması
mümkündür. Qanunvericinin sahibsiz daşınmaz əşyalara (mülkiyyət hüququ ilə heç kəsə mənsub olmayan və ya
mülkiyyətçisini müəyyənləşdirmək mümkün olmayan daşınmaz əşyalara) bu qaydaların tətbiq olunmasına yol
verməməsini başa düşmək olar. Belə ki, əvvəldə qeyd etdiyimiz kimi, sahibsiz daşınmaz əşyalar dövlətə mənsub-
dur (MM-in 178-ci maddəsinin 7-ci bəndi). Odur ki, əldə etmə üsulu ilə onlara mülkiyyət hüququ əldə etmək ol-
maz; dövlət sahibsiz daşınmaz əşyaların mülkiyyətçisidir.
Amma elə hallar vardır ki, bu hallarda daşınmaz əmlaka əldə etmə müddəti ilə mülkiyyət hüququnun yaran-
ması mümkün ola bilər. Məsələn, hər hansı müqaviləyə (icarə, kirayə və digər müqavilələrə) əsasən mülkiyyət-
çi öz daşınmaz əmlakını bu və ya digər şəxsə verə bilər; həmin şəxs müqavilə müddəti başa çatdıqda daşınmaz
ə
mlakı geri qaytarmır. Mülkiyyətçi isə əmlakını geri tələb etmir və altı illik iddia müddətini (MM-in 373-cü
maddəsinin 2-ci bəndi) ötürür. Buna görə də o, əmlakı geri almaq hüququnu itirir.
Belə
halda şə
xs hə
min da-
ş
Dostları ilə paylaş: