çıxmışsa; dördüncüsü, əldə edən onu əvəzsiz almışsa. Buna görə də daşınar əşyanı əldə edən şəxs ani müddət
qaydasında həmin əşyaya mülkiyyət hüququ əldə etmir. Göstərilən hallara misal çəkə bilərik. Birinci halda mül-
kiyyətçi öz əşyasını itirir. Həmin əşyanı onun qonşusu tapır. Qonşu əşyanı üçüncü şəxsə satır. Belə halda
üçüncü şəxs vijdanlı əldə edən hesab edilmədiyinə görə əşyaya mülkiyyət hüququ əldə etmir. kinci halda qon-
ş
u mülkiyyətçinin əşyasını oğurlayır və onu üçüncü şəxsə satır. Belə halda da vijdanlı əldə edən olmadığına gö-
rə üçüncü şəxsin həmin əşyaya mülkiyyət hüququ əmələ gəlmir. Üçüncü halda mülkiyyətçinin əşyasını sel apa-
rır və həmin əşya kənd sakininin əlinə düşür. O, əşyanı öz qonşusuna satır. Bu halda da əşyanı əldə edənin
(qonşunun) mülkiyyət hüququ yaranmır. Dördüncü halda mülkiyyətçi əşyanı qonşusuna saxlanja verir. Qonşu
özünü əşyanın mülkiyyətçisi kimi qələmə verir və onu öz tanışına bağışlayır. Göstərilən halda da mülkiyyət hü-
ququ əldə olunmur.
Ani müddət əldə etmə müddətinə oxşar olan institutdur. Mülki hüquq elmində onlar «qohum institutlar» ki-
mi xarakterizə edilir. Özü də həm ani müddət, həm də əldə etmə müddəti mülkiyyət hüququnun əldə edilməsi-
nin törə
Dostları ilə paylaş: |