§ 6. Mülkiyyət hüququnun əldə edilməsinin törəmə üsulları
1. Törəmə üsullar barədə ümumi müddəalar
Mülkiyyət hüququnun əldə edilməsinin törəmə üsulu hüquqi varislik qaydasında, əsasən əmlakın əvvəlki
mülkiyyətçisinin iradəsi ilə əmələ gəlir. Törəmə üsul ilkin üsuldan onunla fərqlənir ki, əvvəldə qeyd etdiyimiz
kimi törəmə üsulla mülkiyyət hüququnun əldə edilməsi hüquqi varisliyə əsaslanır.
Mülkiyyət hüququnun əldə edilməsinin törəmə üsulunda əmlakın əvvəlki mülkiyyətçisinin (əmlakı özgə-
ninkiləşdirənin) iradəsi nəzərə alınır. Bu üsul əmlakın köhnə (əvvəlki) mülkiyyətçisinin mülkiyyət hüququnun
xitam edilməsinə səbəb olursa, əmlakın yeni mülkiyyətçisi üçün o, mülkiyyət hüququnun əmələ gəlməsinin əsa-
sı kimi çıxış edir. Başqa sözlə desək, törəmə üsul bir şəxs üçün mülkiyyət hüququnun əmələ gəlməsini, di-
Dostları ilə paylaş: |