gər şəxs üçün isə bu hüququn xitam olunmasını şərtləndirir.
Bəzən elə hallar da olur ki, törəmə üsulla şəxslərin mülkiyyət hüququnun əmələ gəlməsi əmlakın əvvəlki
mülkiyyətçisinin iradəsindən asılı olmur. Məsələn, vərəsəlikdə məjburi pay almaq hüququ olan şəxslərə miras
ə
mlak vəsiyyət edənin iradəsindən asılı olmadan keçir.
Törəmə üsulla həm daşınmaz əmlak, həm də daşınar əmlak bir şəxsin mülkiyyətindən digərinin mülkiyyəti-
nə keçir. Fərq yalnız mülkiyyət hüququnun əmələ gəlmə anından ibarətdir. Belə ki, daşınmaz əmlaka mülkiyyət
hüququ onun verilməsi dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Daşınar əşya üçün mülkiyyət
hüququ isə əşyanın verildiyi andan əmələ gəlir. Əşyanın verilməsi həmin əşyaya mülkiyyət hüququnun əmələ
gəlməsi üçün hüquqi əsas rolunu oynayır.
Daşınar əşyalara mülkiyyət hüququnun əldə edənə keçməsi hansı halla şərtlənir? Hansı hal mülkiyyət hüqu-
qunun bir şəxsdən digər şəxsə keçməsinə əsas olur və kifayət edir? Bu məsələni həll etmək üçün dünyanın ayrı-
ayrı milli hüquq sistemləri tərəfindən üç model müəyyənləşdirilir. Birinci qrup milli hüquq sistemləri (Böyük
Britaniya, taliya və Fransa) sazişi daşınar əşyalara mülkiyyət hüququnun verilməsi üçün kifayət edən və zəruri
olan əsas kimi götürür. kinci qrup milli hüquq sistemlərinə görə (Almaniya, Polşa, Majarıstan), zəruri olan və
kifayət edən əsas qismində müqavilə yox, əşyanın faktiki (real) verilməsi çıxış edir. Üçüncü qrup milli hüquq
sistemləri (Hollandiya, Türkiyə, sveçrə, Avstriya) belə hesab edir ki, həm müqavilə, həm də əşyanın verilməsi
zəruri olan, amma heç də qəti olaraq kifayət etməyən (ayrı-ayrılıqda götürüləndə) əsasdır.
Bizim ölkə qanunvericiliyinin rəsmi mövqeyi ikinci qrup milli hüquq sistemlərinin mövqeyinə uyğundur.
Belə ki, Azərbaycan Respublikasının mülki qanunvericiliyi müəyyən edir: daşınar əşyaya mülkiyyət hüququ-
Dostları ilə paylaş: |