ldə etmə müddəti institutunun əsas təyinatı və məqsədi mövcud olan faktiki münasibətlərə hüquqi əhə-
miyyət verməkdən, hüquqda və mülki dövriyyədə sabitliyi, dayanıqlığı və möhkəmliyi təmin etməkdən ibarət-
dir; bu institut mübahisəli əmlakın kimə məxsus olması məsələsinin həllində qeyri-müəyyənliyi aradan qaldır-
mağa imkan verir. Qeyd etmək lazımdır ki, ayrı-ayrı ölkələrin qanunvericiliyində əldə etmə müddəti üsulu əsa-
sında yaranan mülkiyyət hüququnun obyekti (daşınmaz əşya və ya daşınar əşya) barədə məsələ eyni cür həll
olunmur. Məsələn, Fransa qanunvericiliyinə görə, həm daşınar, həm də daşınmaz əşyalara əldə etmə müddəti
ə
sasında mülkiyyət hüququ əldə oluna bilər. ngiltərədə əldə etmə müddəti ilə yalnız daşınmaz əmlaka mülkiy-
yət hüququnun yaranması mümkündür. Almaniyada və sveçrədə daşınar əşya əldə etmə müddəti üsulu ilə əmə-
lə gələn mülkiyyət hüququnun yeganə obyektidir. taliyada, RF-də, Hollandiyada və Kvebek əyalətində əldə et-
mə müddəti elə bir üsul sayılır ki, bu üsul əsasında həm daşınar, həm də daşınmaz əşyalara mülkiyyət hüququ
ə
ldə olunur.
O ki, qaldı Azərbaycan Respublikasının qanunvericiliyinə, qeyd etmək lazımdır ki, bizim ölkə qanunvericili-
yi 24 iyun 2005-ci il tarixli qanunla MM-ə dəyişikliklər və əlavələr edilməsinə kimi yalnız daşınmaz əmlaka əl-
də etmə müddəti ilə mülkiyyət hüququnun əldə edilməsi barədə qayda nəzərdə tuturdu; daşınar əşyalara isə bu
üsulla mülkiyyət hüququ əldə oluna bilməzdi. Həmin qanunla MM-ə dəyişikliklər və əlavələr edilməsindən
sonra vəziyyət dəyişilmişdir. Belə ki, indi daşınmaz əmlaka əldə etmə müddəti üsulu ilə mülkiyyət hüququ ya-
rana bilməz; çünki qanun göstərirdi ki, sahibsiz daşınmaz əşyaya (yəni mülkiyyət hüququ ilə heç kəsə mənsub
olmayan, yəni mülkiyyətçisi olmayan və ya mülkiyyətçisini müəyyənləşdirmək mümkün olmayan daşınmaz əş-
yaya) 15 il ərzində sahiblik edən şəxs həmin əşyaya mülkiyyət hüququ əldə edir (MM-in 179-cu maddəsinin
qüvvədən düşmüş 1-ci bəndi). Qanun başqa bir maddədə isə müəyyən edir ki, sahibsiz daşınmaz əşyalar dövlətə
mənsubdur (MM-in 178-ci maddəsinin 7-ci bəndi). Buna görə də, əlbəttə, qanunverici sahibsiz daşınmaz əşya-
lara əldə etmə müddəti üsulu əsasında mülkiyyət hüququnun yaranmasına yol verə bilməz. ndi bu üsulla yalnız
daşınar əşyalara mülkiyyət hüququ əldə edilə bilər.
Ə
ldə etmə müddəti barədə qaydalar MM-in 179-cu maddəsində, habelə 181-ci maddəsinin 4-cü bəndində
müəyyən edilmişdir. Əldə etmə müddəti mülkiyyət hüququnun yaranmasını şərtləndirən elə bir üsuldur ki, bu
üsulla daşınar əmlakın mülkiyyətçisi olmayan fiziki (və ya hüquqi) şəxs beş il müddətində ona öz əmlakı (öz
mülkiyyəti) kimi vijdanla və fasiləsiz sahiblik edərsə, həmin şəxs bu əmlaka mülkiyyət hüququ əldə edir. Belə
təsəvvür yaranır ki, əldə etmə müddəti yalnız özgəsinin daşınar əmlakına titulsuz (hüquqi əsası olmayan),
Dostları ilə paylaş: |