rtə görə, daşınar əşyaya sahiblik özgəninkiləşdirən şəxsin iradəsi üzrə əldə edənə keçir.
Mülkiyyət hüququnun tradisiya yolu ilə verilməsi və keçməsi üçün əşyaya sahibliyin verilməsi barədə tradensin
iradəsinin olması tələb edilir. Bu, onu göstərir ki, tradisiyada iradə ifadə olunur. kinci şərtə görə, şəxsin əşya-
nı özgəninkiləşdirməyə ixtiyarı çatmalıdır. Daha doğrusu, o, əşyanın mülkiyyətçisi olmalıdır. Amma bəzən
mülkiyyətçi olmayan şəxs də əşyanın özgəninkiləşdirilməsinə vəkil edilir. Üçüncü şərtə görə, tradens (mülkiy-
yətçi) və aksipiens (əldə edən) qarşılıqlı razılığa gəlirlər. Bu, o deməkdir ki, tradisiya yolu ilə mülkiyyət hü-
ququnun verilməsi və keçməsi üçün təkcə tradensin iradəsi kifayət etmir. Bunun üçün həm də aksipiensin əşya-
ya sahibliyi qəbul etmək barədə iradəsinin mövcudluğu tələb olunur. Söhbət mülkiyyət hüququnun keçməsi
haqqında qarşılıqlı razılaşmadan gedir. Bu isə onu ifadə edir ki, tradisiya iradəvi akt olub, hüquq kimi çıxış
edir. radə isə üç şərt üzrə uyğun gəlib, üst-üstə düşməlidir: mülkiyyət hüququnun verilməsi barədə; müəyyən
şə
xsə verilməsi barəsində; müəyyən əşyanın verilməsi barəsində. Bunun nəticəsində tradens üçün mülkiyyət
hüququnu aksipiensə vermək və keçirmək vəzifəsi, aksipiens üçün isə tradensdən əşyaya mülkiyyət hüququnun
verilməsini tələb etmək hüququ yaranır. Əgər qarşılıqlı razılaşma olmazsa, onda mülkiyyət hüququnun əmələ
gəlməsindən söhbət gedə bilməz. Belə halda aksipiensin əşya üzərində yalnız faktiki sahibliyi yaranır.
Dostları ilə paylaş: |