sahiblik yolu). Məsələn, əşya aksipiensə təhvil verilir (əldən-ələ). kinci yola görə, əşya aksipiensin dolayı sa-
hibliyinə verilir (dolayı sahiblik yolu). Bu yol əşyaya dolayı sahibliyin müqavilə üzrə verilməsini nəzərdə tu-
tur. Belə halda əşya tradensin birbaşa sahibliyində qalır. Roma hüququ əşyanın bu yolla verilməsini
«constitutum possessorium» anlayışı ilə əhatə edirdi. «Constitutum possessorium» yolunun mahiyyəti ondan
ibarətdir ki, tradens (mülkiyyətçi) ilə aksipiens (əldə edən) əşyanın özgəninkiləşdirilməsi barədə razılığa gəlir-
lər. Müqavilədə həmin əşyanın tradensin (mülkiyyətçinin) sahibliyində qalması nəzərdə tutulur. Əşya tradensin
(mülkiyyətçinin) sahibliyində qalır. Amma həmin əşyanın mülkiyyətçisi aksipiens (əldə edən) hesab olunur.
Belə ki, əşya üzərində o, mülkiyyət hüququ əldə edir. Məsələn, vətəndaş qarşılıqlı razılaşma əsasında minik av-
tomobilini qonşusuna satır. Amma onlar razılığa gəlirlər ki, istifadə etmək məqsədilə avtomobil iki il müddətinə
vətəndaşın sahibliyində qalsın. Belə halda avtomobilin mülkiyyətçisi qonşu hesab edilir. Vətəndaşın minik av-
tomobilindən istifadə etməsi onu göstərir ki, onunla qonşu arasında kirayə (icarə) hüquq münasibəti yaranmış-
dır.
|