mlakın tələf olması dedikdə, mülkiyyətçinin iradəsindən asılı olmadan tam təsadüfi vəziyyətdə əmlakın
mülkiyyət hüququnun obyekti kimi yox olması başa düşülür. Belə halda əmlakın mövcudluğuna heç kəsin təq-
siri olmadan son qoyulur. Əmlakın tələf olmasına səbəb olan tam təsadüfi vəziyyət dedikdə, təsadüfi hadisələr,
qarşısıalınmaz qüvvənin hərəkəti başa düşülür. Qarşısıalınmaz qüvvəyə zəlzələni, yanğını, daşqını, qasırğanı və
digər təbii fəlakət hallarını misal göstərmək olar. Qarşısıalınmaz qüvvənin törətdiyi nəticəyə görə heç kəs mə-
suliyyət daşımır. Ümumi qaydaya görə, əmlakın təsadüfən tələf olması üçün risq mülkiyyətçinin üzərinə düşür.
Ə
Dostları ilə paylaş: |