və vəziyyətindən asılı olaraq, qanun mülkiyyət hüququnun itirilməsinin iki növünü fərqləndirir: daşınmaz
ə
mlaka mülkiyyət hüququnun itirilməsi (MM-in 203-cü maddəsinin 1-ci bəndi; məsələn, dövlət reyestrində
qeydəalma barədə yazı ləğv edildikdə, əmlak tamamilə məhv olduqda); daşınar əşyaya mülkiyyət hüququ-
nun itirilməsi (MM-in 203-cü maddəsinin 2-ci bəndi; məsələn, əşyanın məhv olunması, əşyanın müqavilə əsa-
sında başqa şəxsə verilməsi və s.).
Başqa şəxslər üçün mülkiyyət hüququnun əmələ gəlməsinə görə əsaslar iki cür olur və bu baxımdan mül-
kiyyət hüququnun itirilməsinin iki cür əsası fərqləndirilir: eyni vaxtda başqası üçün (hüquq varisi üçün) mül-
kiyyət hüququnun əmələ gəlməsinə səbəb olan əsaslar (mülkiyyət hüququnun itirilməsinin əsasları); digər
şə
xs üçün (hüquqi varis üçün) belə nəticənin yaranmasına səbəb olmayan əsaslar (mülkiyyət hüququnun iti-
rilməsinin əsasları). Birinci növə özəlləşdirməni, milliləşdirməni, müqavilə əsasında mülkiyyət hüququnun əldə
edilməsini, yenidən təşkil edilmiş hüquqi şəxsin hüquq varisi üçün mülkiyyət hüququnun əmələ gəlməsini, öh-
dəliklər üzrə tələbin mülkiyyətçinin əmlakına yönəldilməsini, həczi, müsadirəni və sairəni, ikinci növə təbii fə-
lakət nəticəsində əmlakın tələf edilməsini, mülkiyyətçinin özü tərəfindən onun məhv olunmasını, əşyanın isteh-
lak edilməsini misal göstərmək olar.
Dostları ilə paylaş: |