5. Torpaq sahəsinin alınması ilə əlaqədar olan daşınmaz əmlakın özgəninkiləşdirilməsi
Konstitusiyanın 29-cu maddəsinin 4-cü bəndinə görə, dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün
mülkiyyətin özgəninkiləşdirilməsinə yol verilir. Konstitusiya müddəasına uyğun olaraq özgəninkiləşdirilməsi
mümkün olan mülkiyyət növlərindən biri torpaq sahəsi hesab edilir. Dövlət özünün ehtiyacları (ictimai ehtiyac-
lar) üçün torpaq sahəsi ala bilər. Məsələn, həyat əhəmiyyətli obyektlərin tikintisi, boru kəmərinin çəkilməsi, də-
mir yolu, avtomobil yolu salınması belə ehtiyacları şərtləndirən hallara misal ola bilər. Lakin alınan həmin tor-
paq sahəsində mülkiyyətçiyə məxsus binalar və qurğular (evlər, damlar, zirzəmilər, quyular və s.), habelə mey-
və ağajları, bitkilər, əkinlər və digər daşınmaz əmlak növləri ola bilər. Belə halda dövlət bu əmlak növlərini tor-
paq sahəsinin mülkiyyətçisindən satın alır və onların dəyərini ödəyir.
24 iyun 2005-ci il tarixli qanunla MM-ə dəyişikliklər və əlavələr edilməsinə kimi dövlət aldığı torpaq sahə-
sində olan daşınmaz əmlak növlərini yalnız məhkəmə qərarı əsasında əldə edə bilərdi. Bunun üçün daşınmaz
ə
mlakın alınması tələbi ilə dövlət orqanı məhkəməyə müraciət edirdi. Bu tələb dövlət orqanının xeyrinə yalnız
o halda ödənilə bilərdi ki, daşınmaz əmlaka mülkiyyət hüququna xitam verilmədən torpaq sahəsindən dövlətin
nəzərdə tutduğu məqsədlər üçün istifadə olunmasının qeyri-mümkünlüyü dövlət orqanları tərəfindən məhkəmə-
də sübut edilsin. Başqa sözlə desək, dövlət orqanları sübut etməli idi ki, daşınmaz əmlak növlərinə torpaq sahə-
sinin mülkiyyətçisinin mülkiyyət hüququna xitam verilməsə, onda torpaq sahəsindən məqsədə uyğun qaydada
istifadə edilməsi mümkün olmayajaqdır. Dövlətin aldığı torpaq sahəsində olan daşınmaz əmlak növlərini məh-
kəmə qərarı əsasında əldə etməsi Konstitusiyanın 29-cu maddəsində ifadə edilən belə bir müddəaya əsaslanırdı
ki, heç kəs məhkəmə qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. 24 iyun 2005-ci il tarixli qanunla
MM-ə dəyişikliklər və əlavələr edilməsindən sonra məsələnin məhkəmə tərəfindən həll olunması barədə norma
MM-dən çıxarılmışdır ki, bu yuxarıda göstərdiyimiz Konstitusiya müddəasına ziddir.
Beləliklə, MM-in 207-ci maddəsinin nəzərdə tutduğu üsulla şəxslərin mülkiyyət hüququna xitam verilir. Be-
lə halda binaların, qurğuların, meyvə-giləmeyvə ağajlarının, bitkilərin, əkinlərin, mədəni-məişət, istehsal və di-
gər təyinatlı obyektlərin dəyərini dövlət mülkiyyətçiyə ödəyir. Bu isə Konstitusiyanın prinsipial əhəmiyyətə
malik olan belə bir normasına uyğundur ki, dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgə-
ninkiləşdirilməsinə yalnız qabaqjadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər (Konstitusiyanın
29-cu maddəsi).
Torpaq sahəsinin mülkiyyətçisinin bu sahədə olan daşınmaz əmlak növlərinə mülkiyyət hüququna göstərilən
üsulla xitam verildikdə, dövlət tərəfindən satın alınan əmlak onun bazar qiymətinə əsasən qiymətləndirilir
(MM-in 211-ci maddəsi).
Dostları ilə paylaş: |