6. Təsərrüfatsızjasına saxlanan mədəni sərvətlərin
satınalma yolu ilə əldə edilməsi
Dövlət təsərrüfatsızjasına saxlanan mədəni sərvətləri satın alır və bu yol ilə həmin sərvətlər üzərində mülkiy-
yət hüququ qazanır. Bu üsul həm də mədəni sərvətlərin mülkiyyətçisinin mülkiyyət hüququna xitam verilməsini
şə
rtləndirir.
«Mədəniyyət haqqında» qanunun 33-cü maddəsində mədəniyyət sərvətlərinin anlayışı verilmişdir. Mədəniy-
yət sərvətlərinə aiddir: tarixi-mədəni əhəmiyyəti olan binalar, tikililər, əşyalar; tarixi və mədəniyyət baxımın-
dan unikal ərazilər və obyektlər; təsviri sənət əsərləri, o cümlədən lövhələr, şəkillər, rəsmlər, qravürlər, heykəl-
təraşlıq əsərləri, oricinal bədii toplular; əlyazmalar, xüsusi əhəmiyyətə malik kitablar, not yazıları, məktublar,
elmi-tarixi yadigarlar, nadir nəşrlər; tətbiqi sənət əsərləri — xalılar və xalça məmulatı, qızıl, platin, gümüş, qiy-
mətli daşlar, mis və gildən hazırlanmış əşyalar, keramika məmulatı; qədim nadir kolleksiyalar və otuz ildən çox
tarixi olan muzey əhəmiyyətli əşyalar (o cümlədən mebel, musiqi alətləri və s.); memarlıq abidələri, tikinti nü-
munələri, xatirə yerləri və s. Mədəniyyət sərvətlərinin göstərilən ayrı-ayrı növləri şəxslərin xüsusi mülkiyyətin-
də ola bilər.
Mədəni sərvətlərin bir növü də tarix və mədəniyyət abidələridir. Tarix və mədəniyyət abidələri arxeoloci və
memarlıq obyektləri, etnoqrafik, antropoloci, epiqrafik materiallar, tarixi hadisə və şəxsiyyətlərlə bağlı olan bi-
na, xatirə yerləri, əşyalar, xalqın dini əqidəsi ilə bağlı dəyərlərdir («Tarix və mədəniyyət abidələrinin qorunması
haqqında» qanunun 2-ci maddəsi). Qanun tarix və mədəni abidələrin ayrı-ayrı şəxslərin xüsusi mülkiyyətində
ola bilməsinə icazə verir (həmin qanunun 4-cü maddəsi).
Mülkiyyətində mədəniyyət sərvətləri, o cümlədən abidələr olan şəxslər həmin sərvətlərin qorunması və isti-
fadə edilməsi qaydalarına ciddi əməl etməlidirlər. Konstitusiyanın 77-ci maddəsinə görə tarix və mədəniyyət
abidələrini qorumaq hər kəsin borcudur. Mülkiyyətində və ya istifadəsində abidələr olan şəxslər abidələrin sala-
matlığına görə məsuliyyət daşıyırlar.
Xüsusilə qiymətli, ən əhəmiyyətli və dövlət tərəfindən qorunan mədəniyyət sərvətlərinin mühafizə siyahısı
aparılır («Mədəniyyət haqqında» qanunun 37-ci maddəsi). Bu işi Mədəniyyət Nazirliyi həyata keçirir. Belə mə-
293
dəniyyət sərvətləri mühafizə siyahısında qeydə alınır və mülkiyyətçiyə şəhadətnamə verilir.
Konstitusiyanın 40-cı maddəsinə görə, hər kəsin mədəni sərvətlərdən istifadə hüququ vardır. Mədəniyyət
sərvətlərinin mühafizə siyahısına daxil edilmiş mədəni sərvətin mülkiyyətçisi göstərilən sərvətdən təyinatına
uyğun surətdə istifadə etməlidir. Əgər o, istifadə zamanı iki şərtə əməl etməzsə, mədəni sərvət satınalma yolu
ilə dövlət tərəfindən alınır və dövlət mülkiyyətinə daxil edilir: əgər mülkiyyətçi mədəni sərvəti təsərrüfatsızjası-
na saxlayarsa (birinci şərt); mədəni sərvətin təsərrüfatsızjasına saxlanılması, əgər onun öz əhəmiyyətini itirmək
təhlükəsi yaradarsa (ikinci şərt).
Mədəni sərvətin dövlət tərəfindən satınalma yolu ilə mülkiyyətçidən alınması məhkəmə qərarına əsasən hə-
yata keçirilir. Məhkəmə mədəni sərvətin qiyməti barədə dövlət orqanı ilə mülkiyyətçi arasında mübahisə yaran-
dığı hallarda həm də bu məsələni həll edir.
Mədəni sərvəti satın alarkən dövlət mülkiyyətçiyə sərvətin dəyəri məbləğində haqq ödəyir. Haqqın məbləği
tərəflərin razılığı ilə müəyyən edilir.
Beləliklə, ən əhəmiyyətli, xüsusilə qiymətli və dövlət tərəfindən qorunan (bu məqsədlə mühafizə siyahısında
qeydə alınan) mədəni sərvətlərin mülkiyyətçilərinin bu sərvətlərə təsərrüfatsızjasına münasibəti onlar üçün xo-
ş
agəlməz hüquqi nəticəyə səbəb olur. Onların mədəni sərvət üzərində mülkiyyət hüququna xitam verilir.
Mədəni sərvətin alınması barədə məhkəməyə iddianı Mədəniyyət Nazirliyi, habelə digər maraqlı təşkilatlar
(məsələn, Yazıçılar Birliyi, Bəstəkarlar ttifaqı, Mədəniyyət Fondu) verə bilər.
Dostları ilə paylaş: |