məqsədi mülkiyyətçinin hüquqazidd davranışının qarşısını almaqdan yox, yalnız vətəndaşların təhlükəsizliyini
təmin etməkdən, əmlakı tələf olmaqdan xilas etməkdən və yaxud epidemiya, epizootiya hallarında xəstəliklə
yoluxmuş heyvanları (məsələn, quş qripi ilə yoluxmuş ev quşlarını) məhv etməkdən ibarətdir. Ona görə də
mülkiyyətçidən əmlak inzibati qaydada məhkəmə qərarı olmadan səlahiyyətli dövlət orqanlarının aktı
ə
sasında alınır. Söhbət AR Nazirlər Kabinetinin qərarından gedir.
Həcz belə bir xüsusiyyətlə xarakterizə olunur ki, o, fövqəladə xarakter daşıyan hallarda baş verə biləjək təh-
lükələrin qarşısını almaq məqsədilə dövlət orqanlarının gördüyü müstəsna tədbirdir; bu zaman konstitusion hü-
quqlar pozulur. Belə halların siyahısı «Fövqəladə vəziyyət haqqında» qanunda verilmişdir (qanunun 2-ci mad-
dəsi): təbii fəlakətlər; epidemiyalar; epizootiyalar; böyük ekoloci qəzalar; başqa qəzalar; Azərbaycan Respubli-
kasının ərazi bütövlüyünün pozulmasına, onun konstitusion quruluşunun zorla dəyişdirilməsinə yönəldilmiş hə-
rəkətlər; zorakılıqla müşayiət olunan kütləvi iğtişaşlar; vətəndaşların həyatı və təhlükəsizliyi, yaxud dövlət təsi-
satlarının normal fəaliyyəti üçün qorxu törədən millətlərarası münaqişələr. Bu kimi hallardan biri mövcud ol-
duqda müəyyən növ əmlak dövlət mülkiyyətinə keçir ki, fövqəladə xarakterli halın baş verməsi ilə bağlı olaraq
həmin əmlakdan ictimai mənafe üçün istifadə olunur (məsələn, səfərbərliklə bağlı olaraq hərbi komissarlıq tərə-
findən vətəndaşlardan hərbi-səfərbərlik təyinatlı nəqliyyat vasitələrinin alınması). Digər tərəfdən istifadə olun-
ması dövlət maraqları üçün arzuolunmaz olan bəzi əmlak növləri dövlət orqanları tərəfindən alınır. Əmlakı rek-
vizisiya olunmuş şəxsin həmin əmlakın geri qaytarılmasını tələb edərkən vindikasiya iddiası (mülkiyyət hüqu-
qunun müdafiə üsullarından biri) verməsi lazım gəlir; ona görə ki, həcz zamanı əmlakı həcz edilmiş şəxsin hə-
min əmlak üzərində mülkiyyət hüququna xitam verilir.
Həczin başqa bir xüsusiyyəti də ondan ibarətdir ki, həcz zamanı alınan əmlakın dəyəri qabaqjadan ödənilmir.
Onun dəyəri mülkiyyətçiyə veriləndə isə ədalətli ödəniş prinsipi pozulur. Bu isə Konstitusiyanın 29-cu maddə-
sinin 4-cü bəndində ifadə edilən müddəaya ziddir.
Həcz qaydasında əmlak həm müvəqqəti, həm də daimi olaraq mülkiyyətçinin əlindən alına bilər. Həcz qay-
dasında əmlakın alınmasını şərtləndirən fövqəladə xarakterli hallar aradan qalxdıqda, mülkiyyətçi saxlanılan
ə
mlakın ona qaytarılmasını məhkəmə qaydasında tələb edə bilər (MM-in 209-cu maddəsinin 2-ci bəndi); məh-
kəmə yolundan yalnız o halda istifadə oluna bilər ki, səlahiyyətli dövlət orqanı həcz olunmuş əmlakı könüllü
surətdə qaytarmasın. Bu, mülkiyyətçinin mənafeyini müdafiə etmək üçün qanunun nəzərdə tutduğu təminatdır.
Lakin belə halda mülkiyyətçiyə əmlak qaytarılanda, qanun dövlətlə mülkiyyətçi arasındakı maddi (əmlak) xa-
rakterli münasibətləri müəyyən etmir. Başqa sözlə desək, MM-in həcz barədə olan 209-cu maddəsində mülkiy-
yətçinin öz əmlakının dəyəri kimi aldığı kompensasiya məbləğini dövlətə qaytarması haqqında göstəriş ifadə
294
edilmir. Elə hesab etmək olar ki, mülkiyyətçi kompensasiyanı dövlətə qaytarmağa borcludur. Belə halda əldən
çıxmış fayda, həcz zamanı əmlakdan istifadə nəticəsində onun qiymətinin aşağı düşməsi ilə əlaqədar olan mad-
di itki nəzərə alınmalıdır, yəni belə itkinin (zərərin) əvəzi ödənilməlidir. Daha konkret desək, maddi itkinin (zə-
rərin) əvəzinin ifadə olunduğu pul məbləği kompensasiya məbləğindən çıxılmalıdır. Əmlakı rekvizisiya olun-
muş şəxsin həmin əmlakın geri qaytarılmasını tələb edərkən vindikasiya iddiası (mülkiyyət hüququnun müdafiə
üsullarından biri) verməsi lazım gəlir; ona görə ki, həcz zamanı əmlakı həcz edilmiş şəxsin həmin əmlak üzə-
rində mülkiyyət hüququna xitam verilir.
Həcz ilə əlaqədar yaranan münasibətlər Azərbaycan SSR-də «Həcz və müsadirə haqqında» 31 dekabr 1927-
ci il tarixli qanunla (sonrakı dəyişikliklərlə) qaydaya salındı. Həmin qanun müəyyən edir ki, həcz ciddi zərurət
olduqda və səlahiyyətli dövlət orqanlarının xüsusi qərarına əsasən tətbiq olunur. Həcz haqqında qərarda həcz
olunan predmetlər, ödənilmə üsulları və s. məsələlər barədə məlumat verilir. Həczi icra edən orqanın nümayən-
dəsi xüsusi akt tərtib edir. Bu aktda həczin aparılması əsasları, götürülməli olan əmlakın dəqiq siyahısı, mülkiy-
yətçiyə ödənilən haqqın miqdarı və digər məsələlər öz ifadəsini tapır. Həcz olunmuş əmlakın qiyməti həmin
ə
mlak faktik götürüldüyü gündən bir aydan gej olmayaraq mülkiyyətçiyə verilir. Mülkiyyətçi həczi icra etmiş
orqandan tabelik qaydasında yuxarı orqana şikayət verə bilər. Hesab edirik ki, həcz barədə xüsusi və ayrıja qa-
nunun olmadığı indiki şəraitdə barəsində danışdığımız qanun öz əhəmiyyətini saxlayır; bəzi normaları öz aktu-
allığını itirsə də həmin qanun müasir dövrdə həcz münasibətlərinə tətbiq oluna bilər.
Bununla bərabər, qeyd etmək lazımdır ki, göstərilən həmin qanun həcz haqqında yeni xüsusi qanunun qəbul
edilməsi üçün normativ hüquqi baza rolunu oynaya bilər. Yeni xüsusi qanun isə müasir tələblər baxımından və
indiki şəraitə uyğun olaraq həcz edilmiş əmlakın alınması qaydasını və şərtlərini müəyyən etməlidir.
Beləliklə, həcz edilmiş əmlak dövlətin mülkiyyətinə keçir və müvafiq orqanların sərənjamına verilir. Bunun-
la həmin əmlak üzərində mülkiyyətçinin mülkiyyət hüquqlarına xitam verilir. Mülkiyyət hüququna xitam veril-
məsinin üsullarından biri olan həcz bütün ölkələrin qanunvericiliyində nəzərdə tutulan ənənəvi üsuldur.
Dostları ilə paylaş: |