Kommersiyalaşdırma dedikdə, dövlət müəssisələrinin tərkibindən onların struktur bölmələrinin əmlakının
elə ayrılması başa düşülür ki, məhz ayrılmış həmin əmlakın bazası əsasında yeni hüquqi şəxslər — müstəqil tə-
sərrüfat cəmiyyətləri yaranır. Söhbət dövlət əmlakının bazası əsasında kommersiya təşkilatlarının yaranmasın-
dan gedir.
10. Mülkiyyət hüququndan imtina
Mülkiyyət hüququndan imtina mülkiyyət hüququna xitam verilməsinin əsaslarından biridir. Bu, MM-in 204-
cü maddəsində nəzərdə tutulmuşdur. Göstərilən üsulla mülkiyyət hüququna xitam verilməsini müəyyən edən
həmin maddə forma etibarilə MM-də yenidir. Lakin əvvəllər bu cür əsas əmlak münasibətlərində tətbiq edilirdi.
Qanun əmlakın növündən və vəziyyətindən asılı olaraq, mülkiyyət hüququndan imtinanın iki müxtəlif üsulu-
nu (qaydasını) müəyyən edir: daşınmaz əmlaka olan mülkiyyət hüququndan imtina (MM-in 204-cü maddəsinin
1-ci bəndi); daşınar əşyaya olan mülkiyyət hüququndan imtina (MM-in 204-cü maddəsinin 2-ci bəndi).
Dostları ilə paylaş: |